Məhkəmə qərarları › İş №3(057)-960/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-960/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-960/2023 12.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, inzibati xəta haqqında qərar qəbul etmiş orqan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X3 nümayəndəsi X4 və X8, şikayətçi X5 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X3 MN1292811 saylı, xx.xx.2023-cü il tarixli qərarın və xx.xx.2023-cü il tarixli MN1496930 saylı protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə X5 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X3 14 sentyabr 2023-cü il tarixli qərarı əsasında X12 Azərbaycan Respublikası İXM-nın 192.1-ci maddəsi ilə 3500 manat cərimə olunmuşdur. Həmin qərardan narazı qalan X12 28 sentyabr 2023-cü ildə məhkəməyə ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X3 14 sentyabr 2023-cü il tarixli, MN-1292811 saylı qərarın və xx.xx.2023-cü il tarixli MN №1496930 saylı protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X12 bildirmişdir ki, “Bakı” restoranı özünə məxsusdur, adına VÖEN vardır. İşdə olmadığı vaxt polis əməkdaşları gəlib restoranın həyətində adını bilmədiyim bir uşağı götürüb polis şöbəsinə aparmış və uşaqdan onu restorana kimin işə götürməsini soruşmuşlar. Uşaq babası ilə birlikdə administrator Eminin yanına gəldiyini və sonuncunun onu işə götürdüyünü bildirmişdir. Emin onu işə götürə bilməyəcəyini bildirmişdir.Daha sonra Emini polisə çağırmışlar,Emin orada müdiriyyətin icazə verəcəyi təqdirdə uşağı işə götürəcəklərini demişdir.Əmək müfəttişliyinə izahat vermək üçün xx.xx.2023-cü il tarixdə çağırıldığını, lakin getmədiyini,sonradan xx.xx.2023cü il tarixdə getdiyini, orada isə cərimə olunması barədə xəbərdar olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X3 nümayəndəsi X4 bildirmişdir ki, müfəttişliyə məlumat polisdən daxil olmuşdur. Məlumatdan aydın olumuşdur ki, az yaşlı uşaq X13 “Bakı” restoranında ofisant kimi işə cəlb olunmuş, lakin onunla əmək müqaviləsi balanmamışdır. Polislər hətta onlara konkret olaraq uşağın onlara çay gətirərək paylayıcı kimi onlara xidmət göstərdiyini qeyd etmişlər.Tərtib olunmuş protokol və qərar qanuni olduğundan şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X3 nümayəndəsi X1 Teymur Allahverdi oğlunun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunmuş DƏMX-nin Şirvan-Salyan RŞ-nin 14 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı qərarından görünür ki, X12 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə 3500 manat cərimə olunmuşdur. Məhkəmədə elan olunmuş DƏMX-nin Şirvan-Salyan RŞ-nin 08 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokolundan görünür ki, sahibkar X12 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42.44 və 49-cu maddərinin tələblərini pozaraq sahibkar X12 yazılı əmək müqaviləsi bağlamadan işçi X6 işlərin görülməsinə cəlb etmişdir. Məhkəmə iclasında elan olunan Salyan RPŞ-nin İTB-nın YYÇ-PİTQ-nın inspektoru polis baş leytenantı Ramin Qasımovun verdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, yetkinlik yaşına çatmayan şəxs Salyan şəhəri Ə.Quliyev küçəsi ev 5-də yaşayan X14 “Bakı” restoranında işə götürülmüş və gününə 10 manat zəhmət haqqı verilməsi müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, şikayət qismən təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, vəzifəli şəxs kimi X7 onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddindən yuxarı həddə cəza təyin olunması halında sonuncunun maddi vəziyyəti nəzərə alınmamışdır. Qərarın qalan hissədə dəyişdirilməsinə heç bir əsas yoxdur.Eyni zamanda qanunvericilikdə protokolun ləğv olunması nəzərdə tutulmadığından şikayət həmin hissədə təmin oluna bilməz.İş üzrə qərar tam ləğv olunmadığından iş üzrə icraata xitam verilməsi mümkün deyildir. Ona görə də məhkəmə X7 təyin olunmuş cəzanın yüngülləşdirilməsi qənaətinə gələrək qəbul olunmuş qərarın dəyişdirilməsi və yeni qərar qəbul olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X3 X12 barəsində qəbul olunmuş MN1292811 saylı, xx.xx.2023-cü il tarixli qərar dəyişdirilsin, ona təyin olunmuş cərimə inzibati tənbehi 3000 manat həddinə endirilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar