Məhkəmə qərarları › İş №3(057)-965/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-965/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-965/2023 03.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Salyan rayonu, Qrıxçıraq kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olan inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən daxil olmuş 03 oktyabr 2023-cü il tarixli, MN № 1883071/1055 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Qırxçıraq kəndində Zərərçəkmiş şəxs məxsus 450 ədəd ot kipini qəsdən yandırmışdır və xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Qırxçıraq kəndində söyüb-təhqir etmişdir. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 03 oktyabr 2023-cü il tarixli, MN № 1883071/1055 nömrəli və həmin Məcəllənin 510-cu maddəsi ilə 03 oktyabr 2023-cü il tarixli, MN № 1883071/1056 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş, həmin protokol və toplanmış materiallar Salyan RPŞ-si tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Salyan RPŞ-dən daxil olmuş 03 oktyabr 2023-cü il tarixli, MN № 1883071/1055 nömrəli və 03 oktyabr 2023-cü il tarixli, MN № 1883071/1056 nömrəli inzibati xəta haqqında protokollar və protokollara əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Qırxçıraq kəndində Zərərçəkmiş şəxs məxsus 450 ədəd ot kipini qəsdən yandırmışdır və xx.xx.2023-cü il tarixdə Qırxçıraq kəndində söyüb-təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Salyan RPŞ-də verdiyi izahata uyğun izahat verərək bildirmişdir ki, əməlindən peşmandır, etdiyi hərətəkləri keçmiş həyat yoldaşının zərərçəkmiş şəxslə münasibətlərinin olması səbəbindən etmişdir. Məhkəmədə izahat verən Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, Şəxs ona qarşı təhqiramiz ifadələr işlətmiş, onun şərəf və ləyaqətini alçaltmış və həmçinin 05 sentyabr 2023-cü ildə 450 ədəd ot kipini yandırmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 232-1-ci maddələri ilə olan inzibati məsuliyyət yaradan hərəkətləri etməsi sübuta yetirilərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, əməlindən peşman olsa belə, o, bu hərəkətləri şəxsi ədavət zəmnində etdiyini etiraf edərək qəsdən törətdiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmçinin sonuncunun həmin məcəllənin 21-ci maddəsinə əsasən qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə inzibati tənbeh məsuliyyət tədbiridirlərindən biri təyin edilməlidir. Şəxs əməllərində iki inzibati xəta olduğu üçün həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Belə ki, Şəxs hərəkətlərini qəsdən etmiş, etdiyi əməl nəticəsində zərərçəkmiş şəxsə onun 450 ədəd ot kipinin yandırmaqla 1935 manat ziyan vurmuş, həmçinin, xırda xuliqanlıq adlanan inzibati xətanı törədərək ictiami asayişi pozmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmişi dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək belə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlində peşman olması halı vardır və ağırlaşdıran hallar aşkar edilmədi. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci və 510-cu maddələri ilə təqsirli bilinsin, həmin Məcəllənin 34-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni, 1935 manat miqdarında cərimə edilsin. Qərarın Surati təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar