Məhkəmə qərarları › İş №3(057)-981/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-981/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-981/2024 07.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, Rəhimov Səftər Rəhim oğlunun iştirakı ilə xx.xx.1989-cu ildə Yevlax rayonunda anadan olmuş, Salyan rayonu, Xələc kəndinə yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-in Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs idarə etdiyi ”Seat Toledo minik” markalı, **-AR-*** dövlət nömrə nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Onun barəsində tərtib edilmiş EQ 21206295 və EQ 21210549 saylı protokollar əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar Salyan Rayon Polis Şöbəsindən tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* və İXP ******* saylı inzibati protokollar tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar olmuş barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Asan Ödəniş” sistemindən çıxarışdan görünür ki, Şəxs EQ 21206295 və EQ 21210549 saylı protokollar üzrə borcunu tam ödəmişdir. İXM-in 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 529-cu maddəsinin qeydinə əsasən bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra edərək cərimə məbləğini dəbbə pulu ilə birlikdə ödədiyindən, barəsində İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata İXM-nin 529-cu maddəsinin qeydinə əsasən xitam verilməlidir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 114, 115, 120 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə başlanmış xx.xx.2024-cü il tarixli, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollar dair inzibati iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli AZƏRBAYCAN RESPUBLİKASİ SALYAN RAYON MƏHKƏMƏSİ AZ 5200, Salyan şəhəri, Ə.Zeynalov 91 (tel: ***-***-**-**, faks: ***-***-**-**) № 3(057)-981/2024 07 oktyabr 2024-cü il Salyan rayonu, Xələc kəndinə yaşayan Şəxs Salyan Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 3(057)-981/2024 saylı qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar 01 vərəq Hakim: Ənnağı Məmmədli AZƏRBAYCAN RESPUBLİKASİ SALYAN RAYON MƏHKƏMƏSİ AZ 5200, Salyan şəhəri, Ə.Zeynalov 91 (tel: ***-***-**-**, faks: ***-***-**-**) İş № 3(057)-981/2024 21 oktyabr 2024-cü il Salyan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Nəzər Əsgərova Salyan Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 3(057)-981/2024 saylı qərarı icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə cavab verilməsini xahiş edirəm. Qoşma: qərar 1 vərəq Hakim: Ənnağı Məmmədli İş № 3(057)-981/2024 Salyan Rayon Məhkəməsi MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə 07 oktyabr 2024-cü il Salyan şəhəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərini pozması ilə əlaqədar barəsində Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə saat 11:00-da baxılır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən tərəflərin məhkəmə iclasına gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclası katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ -nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Sədrlik edən Şəxs və barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmələri ilə bağlı yerində qısa müşavirə edərək Qərara alır İşə Şəxs və barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən və məhkəmə iclas katibi elan olunur: Sədrlik edən Məmmədli Ənnağı Əbdül oğlu, məhkəmə iclasının katibi Rəhimov Səftər Rəhim oğludur. Sədrlik edən inzibati xəta haqqında protokolu və materialları elan edir. Sədrlik edən inzibati araşdırmanın başa çatmasını elan edir. Sədrlik edən müşavirə elan edir. Sədrlik edən müşavirə otağına gedir, qayıdır. Məhkəmə iclası saat 11:10-da bağlı elan olunur. Protokol 07 oktyabr 2024-cü il tarixdə tərtib edildi. Hakim: Ənnağı Məmmədli Katib: Səftər Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar