Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-986/2024 01.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X12 oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Xabarovsk vilayəti Lazo rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 01 oktyabr 2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1433/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 7800 manat aliment borcu, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-823/2022 saylı icra sənədinə əsasən 1311 manat borc və Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-148/2023 saylı icra sənədinə əsasən X3 18063,25 manat borcu yaranmışdır. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, protokol tərtib olunduqdan sonra borclu Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-823/2022 saylı icra sənədinə əsasən 1311 manat borcu iddiaçıya ödəmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-148/2023 saylı icra sənədi üzrə borclu tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1433/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən isə 5770 manat aliment borcu qalmışdır. Tərtib olunmuş protokol əsasında borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 1433/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən onun tələbkar X3 5770 manat aliment borcu vardır. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-823/2022 saylı icra sənədinə əsasən 1311 manat borcunu tamamilə ödəmişdir və icra məmuru da bunu təsdiq edə bilər. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)- 148/2023 saylı icra sənədi üzrə isə xx.xx.2024-cü il tarixdə apelyasiya şikayəti verilmiş və şikayət hazırda məhkəmənin icraatındadır. Aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmır, maddi imkanının olmaması səbəbindən ödəyə bilməmişdir, hal-hazırda Su İnşaat MMC-də fəhlə vəzifəsində çalışır, aylıq gəliri 499 manat olduğunu bildirmişdir. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1433/2020 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs oğlıundan X2 xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, həmin icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icra şöbəsinə gəlməsi tələb olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-823/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 1278 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 33 manat məbləğində pul alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, həmin icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icra şöbəsinə gəlməsi tələb olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-148/2023 saylı icra sənədinə əsasən Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi 65 k ünvanda yerləşən X1 məxsus torpaq sahəsinin 0,02 ha hissəsində inşa edilmiş bağ evinin tikintisinə çəkilmiş xərclərin yarı dəyəri olan 18000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütansib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 63,25 manat alınıb X3 verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, həmin icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icra şöbəsinə gəlməsi tələb olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(057)-90/2023 saylı hökmündən görünür ki, Şəxs AR CM-nin 306.1-ci maddəsinə əsasən, 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(057)-539/2024 saylı qərarından görünür ki, Şəxs ölkədən getmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. 15 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs 02 avqust 2024-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gələməyi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixli Şəxs izahatından görünür ki, 2020-ci ildə həyat yoldaşı ilə boşanmışlar, hər ay 320 manat ödəmə öhdəliyi olduğunu və boşandıqdan sonra karantin səbəbi ilə aliment ödəyə bilmədiyini, alimenti ödəmədiyinə görə cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, may ayında cəzaçəkmə müəssisəsindən çıxdığını bildirmişdir. “SMS bildirişin” göndərilməsi barədə çıxarışların surətindən görünür ki, borclu Şəxs məxsus nömrəyə çağırış barədə SMS bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol 3 icra sənədinin icra olunmaması əsası ilə tərtib olunmasına baxmayaraq, borclu Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-823/2022 saylı icra sənədinə əsasən 1311 manat borcu iddiaçıya ödəmiş, digər Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-148/2023 saylı icra sənədi üzrə isə xx.xx.2024-cü il tarixdə apelyasiya şikayəti verilmiş və şikayət hazırda məhkəmənin icraatındadır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol yalnız bir icra sənədi - Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1433/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tərtib olunmalı idi. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Hazırki işdə Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-823/2022 saylı icra sənədi üzrə iş üzrə icraata xitam verilməli, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-148/2023 saylı icra sənədi üzrə isə icraat məcburi olaraq dayandırılmalı olduğu halda icra məmuru tərəfindən hər iki icra sənədi əsasında əsassız olaraq protokol tərtib olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1433/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədəni icra etməmiş, bundan boyun qaçırmış, bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində, keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-986/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-986/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver