Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-990/2024 14.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə şikayət verərək xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. O, həmçinin qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Həmin şikayət və vəsatət xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsind’n aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1000 manat məbləğində cərimə edilmişdir. Protokolu tərtib etmiş orqan onun izahatını almamış, araşdırma ilə bağlı ona məlumat verməmiş, protokolun surəti ona təqdim olunmamışdır. Onun araşdırmadan məlumatı olmamışdır. Odur ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, eyni zamanda buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, protokol X2 iştirakı ilə tərtib olunmuşdur. Buna dair fotoşəkilləri məhkəməyə təqdim etmişdir. O, həmçinin bildirmişdir ki, buraxılmış prosessual müddətin bərpası məsələsi səlahiyyətli orqan olaraq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin özü tərəfindən həll edilməlidir. Odur ki, şikayətin və vəsatətin əsassız hesab olunaraq rədd edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərardan şikayət vermiş X5 məhkəmə iclasında iştirak etməmiş, o, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olduğunu, lakin iclasda iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq, şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatətin və şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, qanunverici İXM-nin 130.2-ciii mmmaddəsində səlahiyyətli orqanın və ya məhkəmələrin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətini qərarı qəbul etmiş hər bir subyektin özünə aid etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətinin bərpası məsələsi də həmin səlahiyyətli orqanın özü tərəfindən həll edilməli idi. Beləliklə, hesab edirəm ki, X2 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə Səməd Səmədzadəyə izah etməyi zəruri hesab edir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vemə müddətinin bərpası barədə vəsatətlə həmin orqana müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti geri qaytarılsın. X4 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vemə müddətinin bərpası barədə vəsatətlə həmin orqana müraciət etmək hüququnun olması izah olunsun. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-990/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-990/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver