Məhkəmə qərarları › İş №3(057)-991/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-991/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-991/2023 04.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İnzibati xəta törətmiş şəxs X16, Protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nın sahə rəisi X4 iştirakı ilə Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli, MN 1883041/065 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli, MN 1883041/065 nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs 10 sentyabr 2023-cü ildə Salyan rayonu, Noxudlu kəndi ərazisində çöl quşları ovlayaraq inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, 10 sentyabr 2023-cü ildə saat təqribən 17 radələrində dostları Fərid, Əli, Mahir, Səbuhi və Kamillə birlikdə Sabirabad rayonu, Salmanlı kəndi ərazisində Kür çayının kənarında çörək yeyərək piknik etmişlər.Özünün beşatılan ov silahı və həmçinin ovçuluq bileti vardır.Həmin vaxt ov silahı onda olmuş, lakin koburasından çıxarmamışdır.Qeyd olunan vaxt 015 markalı avtomaşınla iki polis nəfəri onlara yaxınlaşmış, onları polis şöbəsinə dəvət etmişlər.Əks təqdirdə onların arxasınca əməliyyat qrupunun gəlməsini bildirmişlər.Onların olduqları ərazinin Sabirabad rayonunun ərazisi olmasını bildirmələrinə baxmayaraq, polis əməkdaşları onların dediyinə heç bir əhəmiyyət verməmişlər.Onları saat 18 radələrində polisə gətirmiş və saat 24-ə kimi orada saxlamışlar.Polis şöbəsində onlar 6 saat bir otaqda saxlanılmış,onlara işgəncə verilmiş və onları dar bir otaqda saxlamışlar.Onlardan izahat tələb edərək, silahları götürmüşlər.Daha sonra avtomaşınında axtarış aparmışlar.Özü silahdan istifadə etməmiş və heç bir quş ovlamamışdır.4 ədəd quş vurulmuş, lakin kimin vurması barədə məlumatı yoxdur.Ov etmək barədə icazəsi olmamışdır.Polis şöbəsində barəsində qəbul olunmuş qərar ona rəsmi qaydada verilməmişdir.Polis şöbəsinə və daxili işlər nazirliyinə rəsmi qaydada teleqram vermiş, lakin qərar ona verilməmişdir.Qərarı almaqda məqsədi həmin qərardan şikayət etməkdir. Odur ki, qanuna müvafiq qaydada qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nın sahə rəisi X15 bildirmişdir ki, Şəxs 10 sentyabr 2023-cü ildə Salyan rayonu, Noxudlu kəndi ərazisində çöl quşları ovladığı üçün istintaq bölməsində qəbul olunmuş qərar əsasında inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Şəxs barəsində protokol tərtib olunarkən sonuncu ona qərardan şikayət vermək istədiyini bildirməmiş və tərtib olunmuş protokola imza etməkdən imtina etmiş, bu barədə imtina barədə protokol tərtib olunmuşdur.Protokolu müdafiə edir, qanuna müvafiq qərar qəbul olunmasını xahiş edir. Məhkəmədə elan olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X6 tərəfindən tərtib edilmiş cinayət işinin başlanmasının rədd edilməsi və inzibati tənbeh tədbirinin görülməsi haqqında 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X1, X2, Şəxs, X13 və X7 barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati tənbeh tədbirlərin görülməsi üçün qərarın surəti Salyan RPŞ-nin İTB-yə göndərilmiş,X3 və X5 hərəkətlərində hər hansı inzibati hüquqpozmanın əlamətləri müəyyən edilmədiyindən onların barəsində inzibati icraatın başlanması rədd edilmiş,X8, X9,Şəxs,X19, X17,X10 və X5 əməlləində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanması rədd olunmuş, X8,X17 və X19 tərəfindən ümumilikdə cəmi 6 ədəd göyərçin quşunun qanunsuz ovlanması nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN-nin BİTİ-i tərəfindən verilmiş 2421 saylı şəhadətnaməyə əsasən 14 noyabr 2022-ci ildə Şəxs 12 kalibrli, “Ata-armş” markalı, 78- H21YT-004419 nömrəli yivsiz lüləli ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vermiş olduğu 2337 saylı ovçuluq biletindən görünür ki,etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan Şəxs adına ovçuluq bileti verilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs X16 və protokolu tərtib etmiş şəxs Salyan RPŞnin İTB-nın sahə rəisi X11 dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş protokol Azərbaycan Respublikası İXM-nın 100-cu maddəsinin tələblərinə uyğun olmayan formada tərtib olunmuşdur. Protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi,inzibati xətanın mahiyyəti qeyd olunmamışdır. Azərbaycan Respublikası İXM-nın 100.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi;[87] 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında bildirmişdir ki, onların saxlanıldığı yer Sabirabad rayonunun Salmanlı kəndinin ərazisi olmuşdur.Həmin ərazinin həqiqətən də Sabirabad rayonu və ya Salyan rayonunun ərazisinin olmasını müəyyənləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri» X30 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri vasitəsi ilə hadisə yerinə baxış keçirilməli və ərazi aidiyyəti dəqiqləşdirilməlidir. Eyni zamanda məhkəmədə elan olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X6 tərəfindən tərtib edilmiş cinayət işinin başlanmasının rədd edilməsi və inzibati tənbeh tədbirinin görülməsi haqqında 23 sentyabr 2023-cü il tarixli qərarda X1 4 ədəd, X12 1 ədəd, X14 1 ədəd göyərçin quşunu ovladığı qeyd olunmuş, lakin Şəxs hərəkətlərinin nədən ibarət olması qeyd olunmamışdır. Eyni zamanda məhkəmə baxışında iştirak edən Şəxs Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X6 tərəfindən tərtib edilmiş cinayət işinin başlanmasının rədd edilməsi və inzibati tənbeh tədbirinin görülməsi haqqında 23 sentyabr 2023-cü il tarixli qərarı almadığını və həmin qərardan şikayət vermək istədiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki,qərarın təsviri hissəində qeyd olunan çatışmamazlıqların aradan qaldırılması hazırki məhkəmə baxışında mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd olunmuşdur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində tərtib olunmuş Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli, MN 1883041/065 nömrəli inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar