Məhkəmə qərarları › İş №3(057)-992/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-992/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-992/2024 02.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Əliyev Vüqar Bəxtiyar oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Əlinayıb oğlunun iştirakları ilə xx.xx.1972-ci il tarixdə Salyan rayonu, Marışlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, 4 paralel küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 02 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 02 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 30 sentyabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 317/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 14764.88 manat kredit borcunu Zərərçəkmiş şəxs1 ASC-nə, Salyan Rayon Məhkəməsinin 2(057)-682/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 1660.34 manat kredit borcunu "xxxx" KB ASC-yə, Salyan Rayon Məhkəməsinin 2(057)-1631/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cəmi 259.87 manat pulu "xxxx" MMC-nin, Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ- 10045 saylı icra qeydinə əsasən 3526.05 manat borcu "xxxx" ASC-yə və Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-3128 saylı icra qeydinə əsasən cəmi 6457.41 manat borcu "xxxx" ASC-yə birdəfəyə tam qaydada ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, keçmiş polis əməkdaşıdır, 2022-ci ilin dekabr ayından pensiyaya çıxmışdır. Hazırda işləmək üçün müvafiq iş yerlərinə müraciət etmişdir. Marışlı kəndində olan torpaq sahəsini 5000 manata satışa qoymuşdur. Satışdan əldə edəcəyi pulu borcuna ödəyəcəkdir. Himayəsində azyaşlı, məktəbli və ali təhsil alan üç övladı var. Həyat yoldaşı evdar qadındır. Barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, borclunun 5 icra sənədi üzrə 26000 manat borcu vardır. Borclunun 1 azyaşlı, 1 məktəbli və 1 ödənişli əsaslarla təhsil alan tələbə övladı var. Borclu borcunun ancaq aylıq pensiyasından çıxılmasını istəyir. Borclu barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, icra məmurunun və borclunun izahatını və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam olaraq sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-317/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Şəxs arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 10110***- *******02L saylı əsas kredit limiti müqaviləsinin ləğv edilməsi, cavabdeh Şəxs 13791.33 manat məbləğində əsas kredit borcu, 836.61 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 3.05 manat məbləğində cərimə borcu, cəmi 14630.99 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 133.89 manat pul alınıb Zərərçəkmiş şəxs1 ASC-nin hesabına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş borclu tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-682/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs əsas borc üzrə 1413.96 manat əsas məbləğ üzrə, 190.10 manat faiz üzrə, 19.64 manat cərimə, cəmi 1623.70 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 36.64 manat pulun əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1631/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən, Salyan rayonu, Marışlı kəndində yaşayan, xx.xx.1972-ci il təvəllüdlü borclu Şəxs xx.xx.2017-ci il tarixli abunə müqaviləsinə əsasən yaranmış 239.87 manat borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 259.87 manat məbləğində pul kreditor "xxxx" MMC-nin xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında olan Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 8İ-3128 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən, "xxxx" ASC-nin xeyrinə Şəxs BPM**********97 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 6432.41 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6457.41 manat pulun tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş borclu tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 8İ-10045 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, "xxxx" ASC-nin xeyrinə Şəxs CL-EE000524713 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3501.08 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3526.08 manat pulun tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, icra sənədləri üzrə icraata başlanılmış və tələbin könüllü qaydada icra olunması üçün ona rəsmi bildirişlər göndərilmişdir. Laki o, bu günə kimi yuxarıda qeyd olunan borcları tam qaydada ödəməmişdir. O hazırda heç bir yerdə işləmir. Pensiya ilə dolanır. 2 məktəbli, 1 isə ödənişli əsasa universitetdə oxuyan tələbə uşağı var. Bu səbəbdən dolanışığı zəifdir. Kreditləri yeni kreditlərlə əvəz edib uşaqlarının təhsilinə xərcləmişdir. Ailəsinə məxsus pay torpağı 0.90 hektardır. Məhsul vermədiyi üçün həmin torpaq sahəsini satmaq istəyir. Hal-hazırda borclarını tam qaydada ödəyə bilmir. Hər ay hissə-hissə pensiyasından ödəyə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin tam icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Məhkəmə, bu nəticəyə gələrkən Şəxs tərəfindən dövlət adından çıxarılan məhkəmə qərarlarının icra edilmədiyini nəzərə almışdır. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra sənədlərinin tam icra olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati cərimə növündə tənbeh tədbir tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar