Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-996/2023 09.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon Məhkəməsinin hakimi X6 xx.xx.1970-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 31 avqust 2023-cü il tarixdə Salyan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən “Ət dükanı”nın yaxınlığında küçədə DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində saxlanılaraq regional şöbəyə gətirilmiş, üzərinə baxış zamanı onun əynində olan qısaqol köynəyinin sol döş cibindən 01 ədəd sellofon bükümdə narkotik vasitə olan təxmini çəkisi 0,26 qram olan tiryək aşkar edilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikasının DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbə tərəfindən araşdırma aparılmış, xx.xx.2023cü il tarixli qərarla Şəxs barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin, həmin qərarla Şəxs götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,156 qram çəkidə narkotik vasitə olan tiryək maddi sübut kimi tanınmış, Salyan RPŞ-nin Maddi sübutlar otağına təhvil verilmişdir. Salyan RPŞ-nin sahə rəisi polis leytenantı Samir İsmayılzadə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN № 1883083/1101 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, əldə etdiyi tiryəki Salyan şəhərində avtovağzalın yaxınlığında yerləşən çayxanada tanımadığı bir şəxsdən 5 manata özü istifadə etməsi üçün aldığını, həmin maddəni əldə edərkən ümumiyyətlə satış məqsədinin olmadığını, hazırda törətdiyi əməlindən peşman olduğunu, səhv etdiyini, vərəm xəstəsi olduğunu, himayəsində iki azyaşlı uşaqlarının olduğunu, oğlu - X2 “Vətən müharibəsi iştirakçısı” olduğunu, ailəsində yeganə qazanc gətirən şəxs olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 19/833 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,206 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, tiryəkin təmiz çəkisi -0,206 qram., tədqiqata sərf edildi – 0,05 qram., qalıq – 0,156 qr. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 19/833 saylı rəyinə əlavə olunmuş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir. İşdə olan Lənkəran şəhər Narkoloji xəstəxanasında ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 851 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhər görülür. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə, X4 xx.xx.2012-ci il tarixdə anadan olmuşlar. İş materiallarına əlavə edilmiş İ-47391 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, X3 “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Həmçinin Şəxs deməsinə görə vərəm xəstəsi olmasını, oğlu X2 “Vətən müharibəsi” iştirakçısı olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq, hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İXM-nin 37.1-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Yuxarıda göstərilən ekspert rəyi ilə Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması müəyyən edilsə də, onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs deyil, inzibati cərimə tətbiq ediləcəyindən ona məcburi müalicə təyin edilməməlidir. Belə ki, İXM-nin 37.1-ci maddəsinin mənasına görə məhkəmə tərəfindən narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məcburi müalicə o halda təyin edilir ki, onun barəsində inzibati həbs tənbeh növü tətbiq edilsin. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Buna görə də hesab edirəm ki, Şəxs fiziki şəxs olduğu üçün iş üzrə 60 (altmış) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilməlidir. Şəxs üzərindən aşkar olunmuş, Salyan RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,156 qram çəkidə narkotik vasitə tiryək qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs üzərindən aşkar olunmuş, Salyan RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,156 qram çəkidə narkotik vasitə tiryək qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(057)-996/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-996/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver