Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-100/2023 30.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Samux rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, Samux rayonu Lək kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 26 aprel 2023-cü il tarixli protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Samux Rayon Məhkəməsinin 2(058)278/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər növ qazancından 154 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq Hüseynova (İsgəndərova) Günəş Şahin qızına verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq tərəfləridən təqdim edilmişdir. Hazırda onun 1300 (min üç yüz) manat aliment borcu yaranmışdır. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, icra sənədi üzrə müəyyən olunmuş aliment borcunu işsiz olduğu üçün ödəməyib, borcundan ödəniş etməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxə borcundan ödəniş etməsi üçün vaxt verilərək məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin tarixdə keçirilən məhkəmə iclasına heç bir üzürlü səbəb bildirmədən gəlməmişdir. Həmin tarixdə məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilərək işə baxılması 12 may 2023-cü il tarixə təxirə salınmış, lakin məhkəmənin qərardadı sözügedən tarixdə icra edilməmişdir. Ona görə də məhkəmə tərəfindən həmin tarixdə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində axtarış elan edilməsinə dair qərar qəbul edilmişdir. 30 may 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis tərəfindən məhkəməyə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)287/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər növ qazancından 154 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq Hüseynova (İsgəndərova) Günəş Şahin qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-287/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətə vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən məlum olur ki, o, müvafiq icra sənədi üzrə borcundan ödəniş etməsi üçün məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının əvvəlki məhkəmə iclasında verdikləri izahatları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədən borcunu ödəməsi üçün vaxt istəməsini, lakin borcunu ödəməməsini və məhkəmə iclasına gəlməkdən boyun qaçırmasını nəzərə alaraq, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)287/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment məbləğini qanunla müəyyən edilmiş könüllü icra müddətində icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, həmçinin ona borcunu ödəməsi üçün məhkəmə tərəfindən verilmiş vaxt ərzində borcunu ödəməmiş, məhkəmə iclasına gəlməkdən boyun qaçırmış, hazırda o, məhkəmənin müvafiq axtarış qərarına əsasən polis tərəfindən məhkəməyə gətirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Şəxs hərəkəti Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-100/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-100/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver