Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-102/2023 25.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Regional Ədliyyə İdarəsinin rəisi İlkin Nəcəfov tərəfindən tərtib edilmiş, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 13 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Samux rayonu Çobanabdallı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı qərarı inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməmişdir. Bununla da Çobanabdallı bələdiyyəsinin sədri X3 İXM-in 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə Regional Ədliyyə İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Çobanabdallı bələdiyyəsinin sədri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş X1 izahatından görünür ki, o, izahatında Çobanabdallı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı iclas qərarının surətini inzibati nəzarəti həyata keçirən orqana 5 iş günü müddətində təqdim etməli olduğu halda, səhlənkarlıq səbəbi ilə 12 aprel 2023-cü il tarixdə yəni, 5 iş günündən gec təqdim etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 549.2-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətində inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı Samux rayonu Çobanabdallı bələdiyyəsinin sədri X1 bələdiyyənin xx.xx.2023-cü il tarixli 07 saylı qərarını inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməməsi tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ilk dəfə törədilməsini nəzərə alaraq, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cəriməni aşağı həddə təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Samux rayonu Çobanabdallı bələdiyyəsinin sədri X3 (FİN 3J6JY7M) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-102/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-102/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver