Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-102/2024 20.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Daskəsən Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daskəsən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 12 fevral 2024-cü il tarixli protokol tərtib edilərək Daşkəsən Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Daskəsən Rayon Məhkəməsinin 2(030)-57/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən 07 avqust 2015-ci il tarixdə anadan olmuş X1 və 17 avqust 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 19 oktyabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay cavabdeh Şəxs hər uşğa 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Borclu Şəxs 3170 manat aliment borcu var, o, borcunu ödəməkdən yayınır, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Daşkəsən Rayon Məhkəməsinin 3(030)27/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan narazı qalan icra sənədi üzrə tələbkar X6 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)143/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X3 apellyasiya şikayəti qismən təmin edilərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(030)-27/2024 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yeidən baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur, indiyədək ödəyə bilməməsinin səbəbi onun səhhətindəki ciddi problemlır səbəbilə işləyə bilməməsi olmuşdur. Onun səhhətində qeyd etdiyi problemlərin olduğunu məhkəməyə təqdim etdiyi tibbi səndlər də təqsdiq edir. Hazırda isə məhkəmə tərəfindən ona verilmiş müddət ərzində borcundan 50 manat ödəniş edib, həmin pulu isə ona xalası təqaüd pulundan vermişdir. İş materiallarına əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(030)-57/2023 saylı tarixli icra sənədinin surətindən görünür ki, tərəflərin birgə nikahından 07 avqust 2015-ci ildə anadan olmuş X1 və 17 avqust 2020-ci ildə anadan olmuş X2 iddiaçı X3 yanında saxlanılması, 07 avqust 2015-ci ildə anadan olmuş X1 və 17 avqust 2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 19 oktyabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay cavabdeh X5 hər uşğa 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədində göstərilən tələbin icra etməyi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş çoxsaylı xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan, Şəxs Daşkəsən rayon İcra və Probasiya şöbəsində verdiyi izahatlardan görünür ki, o, icra sənədini xəstəliyi səbəbilə işləyə bilməməsi ilə əlaqədar icra edə bilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(030)-27/2024 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibati xəta tərkibi olmadığına görə) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-143/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, tələbkar X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(030)-27/2024 saylı qərarı ləğv edilərək və inzibati xəta haqqında material yenidən baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2019- 2020-ci il tarixləri əhatə edən stasionar xəstənin tibbi kartasından görünür ki, Şəxs başbeyinin travmatik mənşəli üzvü xəstəliyi nəticəsində psixopatabənzər davranış və psixoorqanik sindiromu dioqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən arayışın verildiyi tarixədək Gəncə Şəhər Psixatriya Xəstəxanasında “üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu” dioqnozu ilə stasionar müalicədə olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs X3 hesabına 50 manat pul ödəniş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat apaılan şəxsin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, Şəxs psixoloji xəstəlikdən stasionar müalicədədir. Həmçinin Şəxs xahişi ilə ona məhkəmə tərəfindən verilmiş müddət ərzində o, icra sənədi üzrə borcundan ödəniş etmişdir. Şəxs psixoloji xəstəlikdən əziyyət çəkməsi, onun icra və probasiya şöbəsində, həmçinin məhkəmə iclasında verdiyi izahatlarında icra sənədi üzrə borcunu məhz düçar olduğu xəstəlik səbəbilə işləyə bilməməsi üzündən ödəyə bilmədiyini bildirməsi və məhkəmə tərəfindən ona verilmiş müddət ərzində borcundan ödəniş etməsi onun borcunu ödəməkdən qərəzli olaraq yayınmadığını göstərir. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-102/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-102/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver