Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-104/2024 30.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X4, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il Samux rayonun Sərkar kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Samux rayonun Sərkar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X3 qarşı dərəcəsinə görə sağlamlıgına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X7 izahatında bildirdi ki, onun icraatına Şəxs X3 xəsarət yetirməsinə dair material daxil olmuşdur. X2 bərk küt əşyanın təsiri nəticəsində xəsarətin olması ekspert rəyi ilə təsdiqini tapır. Buna görə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən Şəxs törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, hazırda iş üzrə zərəçəkmiş qismində tanınmış X5 onun əmisi qızıdır, o Nərminə heç bir xəsarət yetirməyib. Nərminin anası və atası ayrı yaşayırlar. Həmin gün Nərminin qardaşı və o, Nərmindən sadəcə olaraq Nərminin atası yaşadığı evə getməsini xahiş etmişlər. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmısini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun əmisi oğludur. Onun ata və anası ayrı yaşayır. O, anası ilə birlikdə, qardaşı isə atası ilə qalır. Həmin gün axşam tərəfi qardaşı onu öz yaşadıqları evə aparmaq istəmiş, lakin o getmək istəməmiş, bu zaman onu kiminsə vurduğunu hiss etmiş, lakin hava qaranlıq olduğundan kimin vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirdi ki, iş üzrə zərərçəkmiş şəxs X5 onun doğma bacısı, Şəxs isə onun əmisi oğludur. O, həmin gün babasıgilin məhləsinə gedib bacısını öz yaşadıqları evə aparmaq istəmiş, əmisi oğlu Zeynal isə heç evin qapısına da yaxınlaşmamışdır. Şəxs bacısı Nərmini vurmamış, ona yaxın getməmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 16 fevral 2024-cü il tarixli 38 saylı ekspert rəyindən məlum olur ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - ənsə nahiyəsinin qançırıdır ki, bu xəsarət - bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş 15 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi və gələcəkdə baş verə biləcək cinayət hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsi məsələsinə baxılması üçün qərarın surəti Samux RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, iş materiallarında olan məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin 16 fevral 2024-cü il tarixli 38 saylı ekspert rəyində zərərçəkmiş şəxsə yetirilən xəsarətin məhz Şəxs tərəfindən yetirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində onu kimin vurduğunu bilmədiyini qeyd etmiş, şahid isə ifadəsində X6 Məmmədov tərəfindən hər hansı bir xəsarətin yetirilməsini təkzib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-104/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-104/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver