Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-105/2023 28.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux rayon prokurorunun köməkçisi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon Prokurorluğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qərarda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Samux rayonu Poylu kəndində yaşayan X1 RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə anası Şəxs tərəfindən döyülməsini göstərib, onun barəsində tədbir görülməsini xahiş etmişdir. Şikayətlə əlaqədar Samux RPŞ-də araşdırma aparılmış və 28 mart 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Samux RPŞ-də aparılmiş araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü ildə saat təqribən 10:00 radələrində Samux rayonu Poylu kəndində yaşadıqları evdə oğlu X6 ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı Eşqin Mustafayevin bədən nahiyələrinə qəsdən vuraraq ona sağ yanaq nahiyəsinin və sağ əlin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib X3 qəsdən döymüşdür. Məhkəmə iclasında Samux rayon prokurorunun köməkçisi X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, o, X3 vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan və məhkəmə baxışı zamanı tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Məhkəməyə təqdim edilən materiallardan X2 xx.xx.2023-cü il tarixdə aldığı xəsarətlərin məhz Şəxs tərəfindən yetirilmiş olmasını müəyyən etmək mümkün deyildir, belə ki, iş materiallarında buna dair heç bir sübut mövcud deyil. Qeyd olunan çatışmazlıqlar məhkəmə baxışı zamanı da aradan qaldırılmamışdır. Belə olan halda hadisəyə düzgün hüquqi qiymət verilməsi mümkün deyildir. İnzibati xəta haqqında iş üzrə icraatda sübutların toplanması və təqdim edilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin üzərinə düşdüyündən qeyd olunan natamamlıqların aradan qaldırılması üçün inzibati xəta haqqında material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Samux rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material Samux rayon Prokurorluğuna geri qaytarılsın. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-105/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-105/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver