Məhkəmə qərarları › İş №3(058)-108/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-108/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-108/2023 25.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ X16 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Prokurorluğunun nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Samux rayonu, Alıuşağı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Samux rayonu Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrindən xx.xx.2023-cü il tarixdə saat 01 radələrinədək olan müddət ərzində Samux rayonu, Alıuşağı kənd ərazisində yerləşən X8 icarə əsasında işlətdiyi çayxanada X4, X9, X10 və X11 ilə birlikdə oyun kartları vasitəsilə pul vasitələri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyununda iştirak edərək qumar oynamışdır. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar və ona əlavə olunmuş müvafiq sənədlər aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Samux rayon Prokurorluğunun nümayəndəsi X13 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrindən xx.xx.2023-cü il tarixdə saat 01 radələrinədək olan müddət ərzində Samux rayonu, Alıuşağı kənd ərazisində yerləşən X8 icarə əsasında işlətdiyi çayxanada X4, X9, X10 və X11 ilə birlikdə qumar oynamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Samux rayonu, Alıuşağı kəndində kəndində yaşayır. O, xx.xx.2023-cü il tarixdə pivə icmək üçün Samux rayonu, Alıuşağı kənd ərazisində yerləşən X8 icarə əsasında işlətdiyi çayxanaya getmişdir. O, pivə içdikdən sora X2, X3, X5, X6 və çayxananı işlədən X8 qumar oynadıqlarını görmüşdür. Pivə icdikdən sonra o, da həmin şəxslərlə birlikdə pul qarşılığında qumar oynamışdır. Həmin vaxt çayxananı işlədən Emin Quliyev də onlarla birlikdə pul qarşılığında qumar oynamışdır. Məhkəmədən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Samux rayon Prokurorluğunun nümayəndəsinin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Samux rayon Polis şöbəsinin TQ-nun baş təhqiqatçısı, polis mayoru X1 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qarardan görünür ki, Şəxs, X4, X9, X10 və X11 Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyindən həmin şəxslərin hər birinin barəsində ayrılıqda həmin maddədə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Samux rayon Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydad məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Maddi subutlar 2 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinasları və 36 ədəd oyun kartları müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar