Məhkəmə qərarları › İş №3(058)-11/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-11/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-11/2023 31.01.2023 SAMUX RAYON MƏKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Samux rayon Polis Şöbəsinin DYPB-nin 12 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Samux rayon Polis Şöbəsinin DYPB-nin 12 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayon Polis Şöbəsinin DYPB-nin 12 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək, 600 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, Samux rayon Polis Şöbəsinin DYPB-nin 12 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tam əsassızdır, buna görə də həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. O, ailəsini dolandırmaq üçün «Kamaz» 5511 markalı 22BE794 dövlət qeydiyyat nişanlı avtomobillə mişar daşları satmaqla ailəsini dolandırır. 28 iyul 2022-ci il tarixdə Bakı-Qazax yolunda ona məxsus yuk avtomobilini DYP əməkdaqşları saxlamış və tərəzi məntəqəsində avtomobil yüklə dolu çəklərkən 25 ton əvəzinə 26 ton çəki vermişdir. Bu səbədən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, hesab edir ki, çəki düzgün çəkilməmiş, onun avtomobilində olan yük avtomobillə birlikdə 25 ton təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən Samux rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi X2 göstərdi ki, Şəxs məxsus «Kamaz» 5511 markalı 22BE794 dövlət qeydiyyat nişanlı avtomobil 28 iyul 2022-ci il tarixdə Bakı-Qazax yolunda DYP əməkdaqşları saxlamış və tərəzi məntəqəsində avtomobil yüklə dolu çəklərkən 25 ton əvəzinə normadan artıq 29310 ton çəki vermişdir. Bu səbədən də Samux rayon Polis Şöbəsinin DYPB-nin 12 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək, 600 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası BİN-nin BDYPİ-nin tərəzi məntəqəsinin **********001 saylı qəbzin surətindən görünür ki, «Kamaz» 5511 markalı 22BE794 dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi yüklə birlikdə 28310 təşkil etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş Samux rayon Polis Şöbəsinin DYPB-nin 12 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş Şəxs i oğlunun barəsində tərtib edilmiş Samux rayon Polis Şöbəsinin DYPB-nin 12 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs idarə etdiyi «Kamaz» 5511 markalı 22BE794 dövlət qeydiyyat nişanlı avtomobilə normadan artıq yük vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə Şəxs təqsiri təsdiq olunur. Beləliklə də, Şəxs barəsində tərtib edilmiş Samux rayon Polis Şöbəsinin DYPB-nin 12 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də Şəxs barəsində Samux rayon Polis Şöbəsinin DYPB-nin 12 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Samux rayon Polis Şöbəsinin DYPB-nin 12 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Samux rayon Polis Şöbəsinin DYPB-nin 12 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar