Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-11/2025 13.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24914938 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24914938 saylı qərardan şikayət verərək sözügedən qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 17:30-da Samux rayon Qarayeri dairəsində olarkən VAZ 2107 minik markalı **-EE-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən avtomobildə texniki nasazlıq yarandığı üçün yolun kənarənda dayanmışdır. Buna görədə 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikiletlər, mopedlər, velosipetlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarənda ikinçi və sonrakı cərgələrdə dayanmasına və durmasına görə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis palkovniki leytinatı Elvin Abbaszadə tərəfindən qərar yazılıb. YPX avtomobilindən polisə verilmiş xüsusi avadanlıqla avtomobilinin qanuna zidd şəkildə şəkilini çəkərək ona İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 manat cərimə göndərib. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin ona yazdığı cərimə əsaslıdır. Ona dörədə məhkəməyə müraciət etmək zərurəti qaldım. X7 əməkdaşları öz vəzifə səlahiyyətlərindən istifadə edərək ona xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 346.4-cü maddəsini nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli biliblər. Bundan sonra mənə xx.xx.2024-cü il tarixli, Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı cıxarılan izibati tənbeh vermə haqqında EQ 24914938 nomrəli qərar vermişlər. Həmin qərara əsasən ona 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü cəzası verilmişdir. Həmin qərar DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis palkovniki leytinat Elvin Abdullazadə qəbul etmişdir. Samux rayon Qarayeri dairəsində hec bir qadağanediçi nişan və xətlənmə olmadığı halda onu təqsirli bilməkləri qanunvericiliyin tələblərinə ziddir. Bununla əlaqədər Elvin Abdullazadə tərəfindən tərtib edilmiş inzibati tənbeh haqqında qərarla təqsirli bilinməsi əsassızdır.Buna görə də sözügedən qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını və xx.xx.2024-cü il tarixli, EQ 24914938 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə qərardan şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2024cü il tarixli, EQ 24914938 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-cü il tarixli, EQ 24914938 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-in 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən qərardan şikayət verən şəxs X4 həmin gün nəqliyyat vasitəsini park olunmuş maşınların arxa hissəsində, yəni yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə saxlayaraq durmuşdur. Bu hal iş materiallarındakı sübutla (foto şəkillə) öz təsdiqini tapır. Belə olan halda X1 qərardan şikayəti əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24914938 saylı inzibati tənbehvermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-11/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-11/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver