Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-114/2025 24.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə,protokolu tərtib etmiş şəxs X1,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 14 yanvar 2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki,borclu Bayramov X5-İqtisadi Məhkəmənin 2-2(83)-736/2018 saylı xx.xx.2018-ci il tarixli, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1471/2022 saylı xx.xx.2022-ci il tarixli, Samux Rayon Məhkəməsinin 2(058)-09/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə borclarını ödəməkdən imtina edərək icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona məhkəmə tərəfindən verilmiş vaxt ərzində icra sənədi üzrə borcundan ödəniş məqsədilə 4000 (dörd min) manat məbləğində pulu Samux Rayon İcra və Probasiya Şöbəsinin depozitinə qoymuşdur. Bundan əlavə icra sənədləri üzrə ümumi borc borclunun əmək haqqının 50 faizinə yönəldilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun icra sənədi üzrə borcunu ödəməkdən yayınmaq fikri yoxdur, məhkəmə tərəfindən ona verilən vaxt ərzində borcundan 4000 (dörd min) manat məbləğində pulu Samux Rayon İcra və Probasiya Şöbəsinin depozitinə qoymuşdur. Həmçinin icra sənədləri üzrə ümumi borc onun əmək haqqının 50 faizinə yönəldilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-236/2018 saylı, 23 aprel 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 01 iyun 2018-ci il tarixdən başlayaraq hər ay 10000 (on min) manat olmaqla 13 ay müddətində 130000 (bir yüz otuz min) borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Samux Rayon Məhkəməsinin 2(058)-09/2021 saylı, 19 aprel 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs borca görə 63855 (altmış üç min səkkiz yüz əlli beş) manat alınaraq cavabdeh X2 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1471/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 24185 (iyirmi dörd min yüz səksən beş) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-60/2011 saylı, 06 aprel 2011-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 47.278.61 manat əsas, 5.515.94 manat gecikdirilmiş faiz, 4.000 manat dəbbə pulu, cəmi 56.794.55 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 100 manat və 20 manat ödənilmiş dövlət rüsumu,ümumilikdə 56.914.55 manat alınaraq iddiaçı "xxxx" ASC-nin Gəncə filialına ödənilməsi qərara alınmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)-45/2012 saylı, 07 iyun 2012-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 11509.25 tutularaq cavabdeh “Aqrolizinq” Açıq Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki,icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki,icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Samux Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli “İcra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında” qərara əsasən Samux Rayon Məhkəməsinin 2(058)- 60/2011 nömrəli xx.xx.2011-ci il tarixli,2(058)-09/2021 saylı xx.xx.2021-ci il tarixli Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-236/2018 saylı,xx.xx.2018-ci il tarixli,2-2(84)-45/2012 saylı,xx.xx.2012-ci il tarixli və Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1471/2022 saylı,xx.xx.2022-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. xx.xx.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki,Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. 2023-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Samux Rayon İcra və X4 Rayonu Əhmədbəyli Bələdiyyəsinə ünvanladığı 8 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, bir icraatda birləşdirilmiş icra sənədləri üzrə tutquların növbəlilik əsasında borclu Şəxs əmək haqqından 50 faiz tutularaq tələbkarlara ödənilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs əmək haqqının 50 faizindən onun borcları üzrə tutquların aparılması barədə icra tədbiri görülmüş, həmçinin məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun xahişi ilə verilmiş vaxt ərzində borcundan 4000 (dörd min) manat məbləğində ödənişi Samux Rayon İcra və Probasiya Şöbəsinin depozitinə qoymuşdur. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-114/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-114/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver