Məhkəmə qərarları › İş №3(058)-115/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-115/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-115/2024 03.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 20 may 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-463/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1200 manat aliment borcu və Samux Rayon Məhkəməsinin 2(058)-830/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən qətnamədə sözügedən qızıl-ziynət əşyaların dəyərindən ödənilməyən 750 manat borcu vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs izahatı alınmış, haqqında müvafiq sorğular verilmiş və ona icra sənədlərini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb oluncağı barədə xəbərdarlıqlar edilmişdir. Buna baxmayaraq borclu borcunu ödəməkdən yayınır, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Şəxs əvəllər işlədiyi üçün borcu əmək haqqından tutulub. O, aprel ayının 09, 15 və 21 tarixlərində müvafiq məbləğdə ödənişlər edibdir. Sonuncu dəfə isə o, borcundan xx.xx.2024-cü il tarixdə 100 manat ödəniş etmişdir. Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınmasa da, icra sənədinin icra olunmasında gecikmələr mövcuddur. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur, əvvəllər işi olduğu üçün borcunu vaxtında ödəyib. Lakin sonradan işinin olmaması ödənişlərdə gecikmələrə səbəb olub. xx.xx.2024-cü il tarixdə 100 manat X1 hesabın ödəniş etmişdir. İcra sənədi üzrə borcundan ödəniş etməsi üçün məhkəmə tərəfindən ona vaxt verilməsini xahiş etmişdir. Hazırda məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində borcundan 400 manat ödəniş edib. Borcunu ödəməkdən qərəzli olaraq yayınmır. Bundan sonra da borcunu vaxtında ödəyəcəyini bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokolu tərtib etmiş şəxsə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-830/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-463/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 8(058)-95/2023 saylı, 16 xx.xx.2023-cü il tarixli qərərdadının surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-463/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunanədək Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş çoxsaylı xəbərdarlıqlardan görünür ki, borclu Şəxs məhkəmə qətnaməsini icra etməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən surətindən görünür ki, Şəxs X1 hesabına 100 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs X1 hesabına 400 manat ödəniş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs icra sənədini qərəzli şəkildə icra etmədiyi öz təsdiqini tapmamışdır. Belə icra məmurunun əvvəlki məhkəmə iclasında verdiyi izahatından da görünür ki, Şəxs tərəfindən aprel ayında 3 dəfə icra sənədi üzrə borcundan ödəniş olunmuş, həmçinin onun xahişi ilə məhkəmə tərəfindən ona verilmiş müddət ərzində borcundan 400 manat ödəniş etmişdir. Göstərilən hallar Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınmadığını göstərir. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar