Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-115/2025 10.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25487128 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25487128 saylı qərardan şikayət verərək sözügedən qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Samux rayonun Alıuşağı kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ona məxsus və idarə etdiyi VAZ markalı **-BH-*** qeydiyyat nömrə nişanlı avtomobili ilə hərəkətdə olduğu zaman barəsində inzibati xətayla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ 25487128 saylı elektron qərar çıxarılmışdır. Həmin qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə ona 50 manat məbləğində inzibati cərimə və 2 ball növünə tənbeh edilmişdir. Lakin onun tərəfindən heç bir qayda pozuntusuna yol verilməyib, heç bir sürət həddini aşmamışdır. Həmin qərar əsasız tərtib edilib. Ərizəyə sübut kimi əlavə etdiyi həmin video diskdən görünür ki, həmin ərazidə maksimal sürət həddi 50 olan yol hərkət nişanı mövcud deyil, yəni həmin yolda umumiyyətlə həmin nişana rast gəlinmir. Buna görə də sözügedən qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını və xx.xx.2025-ci il tarixli EQ 25487128 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə qərardan şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2025-ci il tarixli EQ 25487128 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli EQ 25487128 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-in 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-cü maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı X4 tərəfindən İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlarla öz təsdiqini tapdığı müəyyən edilmişdir. Belə olan halda X1 qərardan şikayətində göstərdiyi xüsusatlar onun mülahizələrindən ibarət olmaqla əsassızdır və bu səbəbdən də şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25487128 saylı inzibati tənbehvermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-115/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-115/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver