Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-117/2024 20.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Daşkəsən rayonu, Zinzahal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Daşkəsən rayonu, Zinzahal kəndində qeydiyyatda olan, Gəncə şəhəri, 2-ci Natavan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Samux rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Samux rayon Polis şöbəsinin inzibati binasında ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərərkətləri etdiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis şöbəsinin İTB-in sahə rəisi polis mayoru X3 bildirdi ki, 20 may 2024-cü il tarixdə Şəxs barəsində Samux rayon Polis şöbəsinin TQ-nın təhqiqatçısı Murad Balakişiyevin icratında olan şikayətlə bağlı Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili Sərxan Sadıxov tərəfində Samux rayon Polis şöbəsinə dəvət olunmuş, həmin vaxt xidməti otaqda onunla söhbət zamanı özünü qeyri səmimi aparmış, özündən çıxaraq səs-küy salmış, əli ilə Sərxan Sadıxovun xidməti otağında olan şkafın şüşəsini sındırmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə Samux rayon Polis şöbəsin əməkdaşı Sərxan Sadıxov tərəfindən Samux rayon Polis şöbəsinə dəvət olunmuşdur. Sərxan Sadıxov ona bildirmişdir ki, onun barəsində şikayət var, nə üçün dalaşdığını soruşmuş və ondan izahat verməyi tələb etmişdir. O, izahat yazan zaman Sərxan Sadxoav ona qışqırmış və izahatı yarımçıq qoyub çölə çıxmasını və başqa şəxsdən izahat alacağını bildirmişdir. Həmin vaxt o əsəbləşmişdir ki, onun izahatını bitirsin, sonra başqa şəxsdən izahat alsınlar. Bu səbədən aralarında mübahisə olmuş, Sərxan Sadıxov və digər şəxslər onun əlini bağlayaraq döymüşlər, əlini qırmışlar. Sonra o, özündə olmamış, ətrafa nə kimi ziyan vurduğu yadında deyil, vurduğu ziyanı ödəyə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili X4 bildirdi ki, Samux rayon Polis şöbəsinin TQ-nın təhqiqatçısı Murad Balakişiyevin icratında olan şikayətlə bağlı Şəxs xx.xx.2024-cü il tarixdə Samux rayon Polis şöbəsinə dəvət olunmuş. Həmin vaxt Şəxs ilə söhbət zamanı özünü qeyri səmimi aparmış, özündən çıxaraq səs-küy salmış, əli ilə onun xidməti otağında olan şkafın şüşəsini sındırmışdır. Şəxs şöbənin iş fəaliyyətini pozmuş, Polis şöbəsində xuliqanlıq hərəkətləri etmişdir. Polis şöbəsində Şəxs qarşı heç bir fiziki zor tətbiq edilməmiş, əksinə sonuncu öz hərərkətləri ilə onun otağına ziyan vurmuşdur. Hadisədən sonra Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin əməliyyat müvəkkili X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Samux rayon Polis şöbəsinin TQ-nın təhqiqatçısı Murad Balakişiyevin icratında olan şikayətlə bağlı Sərxan Sadıxov Şəxs Samux rayon Polis şöbəsinə dəvət etmişdir. Həmin vaxt Şəxs ilə söhbət zamanı özünü qeyri səmimi aparmış, özündən çıxaraq səs-küy salmış, əli ilə Sərxan Sadıxovun xidməti otağında olan şkafın şüşəsini sındırmışdır. Şəxs şöbənin iş fəaliyyətini pozmuş, Polis şöbəsində xuliqanlıq hərəkətləri etmişdir. Polis şöbəsində Şəxs qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin ifadələrini dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 20 may 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Samux rayon Polis şöbəsinin inzibati binasında ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərərkətləri etmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs səmimi peşmançılığı, İXM-in 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. 33.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi; İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 04 (dörd) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 20 may 2024-cü il tarixdən saat 17:25-dən hesablansın. Qərarın icrası Samux rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-117/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-117/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver