Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-118/2024 29.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsini hakimi Kərimova Tərifə Əbülfət qızı, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X1ndən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X1nin, baş məsləhətçisi – baş əmək müffətişi X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Samux Rayon Məhkəməsinin 3(058)13/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmənin həmin qərararından narazı qalan Şəxs direktoru X2 xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellaysiya Məhkəməsinin 3(104)108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Samux Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X1nə qaytarılmışdır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X1 tərəfindən iş üzrə yenidən araşdırma aparılmalı olduğu halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair əvvəlki inzibati xəta haqqında material təkrarən Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin daha əvvəl hüquqi qiymət verdiyi və bu barədə qərar qəbul etdiyi eyni inzibati xəta haqqında materiala yenidən baxması yolverilməzdir. Ona görə də inzibati xəta haqqında material inzibati orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X1ndən daxil olmuş inzibati xəta haqqında material həmin inzibati orqana geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-118/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-118/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver