Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-121/2024 27.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Samux Rayon Qaraarx qəsəbəsində polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Samux RPŞ-nin sahə rəisi polis leytenantı X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, həmin protokolu Samux RPŞ-nin polis nəfəri polis serjantı Xəyal Həsənovun raportuna əsasən tərtib etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə X.Həsaənov 6 saylı maşrutda polis kiçik serjantı İsmayılov Elşən ilə birlikdə xidmətdə olarkən təxminən saat 16 radələrində Samux Rayon Qaraarx qəsəbəsi istiqamətində hərəkətdə olan **-AC-*** dövlət qeydiyyat nişanlı traktorun sahibi həmin traktora 3 qoşqu qoşaraq yolun hərəkət zolağını kəsmiş, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, adı sonradan məlum olan Şəxs traktora əyləşərək onların üstünü sürüb qaçmağa cəhd göstərmişdir. Şəxs traktorla billikdə saxladaraq onu Samux Rayon Polis Şöbəsinə dəvət etsələr də o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini və onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə mal bazarından gəlirmiş. Polis əməkdaşları ona saxla əmri vermişlər. Həm eşitmədiyi, həm də yorğun olduğu üçün traktoru bir az gec saxlamışdır. Onunla polis arasında heç bir mübahisə olmamışdır. Traktoru yolun kənarına çəkmiş, lakin çıxıb getməmiş, polisə tabesizlik göstərməmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyil və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Samux Rayon ərazisində xidmətdə olan zaman adını sonradan bildiyi Şəxs məxsus lakin həmin vaxt başqası tərəfindən idarə olunan traktora ərazidə olan oğurluq hadisələri ilə bağlı yoxlama aparmaq üçün baxış keçirmək istəmişlər və bu səbəbdən traktoru saxlamışlar, traktorun sahibi Şəxs daha sonra həmin yerə gələrək traktora minib sürüb getmək istəmişdir. Onlar arasında mübahisə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, X3 bildirdi ki, Samux Rayon ərazisində xidmətdə olan zaman Şəxs məxsus lakin həmin vaxt başqası tərəfindən idarə olunan traktoru yoxlama aparmaq üçün saxlamışlar, traktorun sahibi Şəxs həmin yerə gələrək traktora minib sürüb getmək istəmiş, lakin onlar yenidən traktoru saxlamış, yoxlama aparmış, traktorda qeyri-qanuni əşya tapmamışlar. Onlar arasında mübahisə olmamış, sadəcə olaraq Şəxs traktoru sürüb ordan uzaqlaşmaq istəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri, şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs hərəkətlərində qanunazidd davranışın olması və onun sözügedən inzibati xətanı törətməsi heç bir sübutla təsdiq olunmur. Eləcə də şahid ifadələri Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətinin olduğunu təsdiq etmir. Tərtib edilmiş protokol hadisəni bilavasitə görmüş şəxs tərəfindən tərtib edilmədiyindən hər hansı sübut əhəmiyyət daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-121/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-121/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver