Məhkəmə qərarları › İş №3(058)-122/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-122/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-122/2023 30.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məcid oğlunun iştirakları ilə, Şəxs Məcid oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Məcid oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 16 may 2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, cavabdeh Şəxs Məcid oğlundan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 117 manat miqdarında aliment tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq xx.xx.2017-ci il tarixdə Samux rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, aparılmış icra tədbirləri nəticəsində borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Elektron İcraat portalından edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbi yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Bundan sonra borclu idarəyə çağırılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu tələbi tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında icra məmuru Ş.Məmmədov protokolun məzmununa uyğun izahat verərək Şəxs Məcid oğluna dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi üçün heç bir tədbir görmədiyini bildirmiş, Şəxs Məcid oğlunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məcid oğlu izahat verib bildirdi ki, qazancı və gəliri olmadığından icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Appellyasiya Məhkəməsinin 2(105)- 2159/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs Məcid oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Siyəzən Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli 2(059)-185/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X1 cavabdeh Şəxs Məcid oğluna qarşı aliment tələbinə dair iddiasının təmin edilərək xx xxxxxx 1991-ci il tarixdə Samux rayonu Qarabağlar kəndində anadan olan cavabdeh Şəxs Məcid oğlundan 25 yanvar 2017-ci il tarixdən başlayaraq 08 fevral 2013cü il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat məbləğində aliment tutularaq iddiaçı X2 xeyirinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Məcid oğluna Sumqayıt Appellyasiya Məhkəməsinin 2(105)-2159/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materialında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və onun əsasında verilmiş cavabdan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqların surətindən görünür ki, Şəxs Məcid oğluna icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Məcid oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Məcid oğlu Sumqayıt Appellyasiya Məhkəməsinin 2(105)-2159/2017 saylı, xx.xx.2017-cü il tarixli icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Həmçinin onun xahişi ilə məhkəmə tərəfindən ona borcundan ödəniş etməsi üçün verilmiş vaxt ərzində o, sözügedən icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Bu hal da Şəxs Məcid oğlunun icra sənədinin icrasından qərəzli şəkildə yayındığını təsdiq edir İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Şəxs Məcid oğlunun hərəkəti Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs Məcid oğlunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Məcid oğlu (FİN 507ZC2T) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 30 may 2023-cü il saat 17:00-dan hesablansın. Qərarın icrası Samux rayon Poliş Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar