Məhkəmə qərarları › İş №3(058)-123/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-123/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-123/2024 20.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X14 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, 23 may 2024-cü il tarixdə saat 16:00-da ünvan 1i ünvanında yerləşən Şəxs məxsus “Əntiqə ticarət mərkəzi” adlı obyektin üzərində müvafiq icazə sənədi olmadan, həmçinin qanunvericiliyin tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, “Əntiqə ticarət mərkəzi” adlı obyektin sahibkarı Şəxs icazəsi olmadan reklam yayımlamışdır. Bununla əlaqədar yazılı göstəriş göndərilmiş, həmin göstərişi Aynur Abbasquliyeva almış, lakin heç bir hərəkət etməmişdir. xx.xx.2024-cü il tarixdə Aynur Abbasquliyevaya dəvət məktubu göndərilmiş, lakin Aynur Abbasquliyeva gəlməmişdir. Məhkəmədən Azərbaycan Respublikasının İXM-nin 428.7.3ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 may 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Şəxs vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 04 aprel 2024-cü il tarixli X5, X8 və X10 tərəfindən tərtib edilmiş 878 nömrəli aktdan görünür ki, ünvan 1i ünvanında Şəxs tərəfindən fasad 5,88 m2 reklam daşıcıyısı açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə olmadan reklam yayımlanması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 16 aprel 2024-cü il tarixli 11-3-3/2-536 nömrəli yazılı göstərişdən görünür ki, açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərini pozulması halların aradan qaldırılması barədə Şəxs müvafiq reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyatı məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 30 aprel 2024-cü il tarixli X5, X8 və X6 tərəfindən tərtib edilmiş 1108 nömrəli aktdan görünür ki, ünvan 1i ünvanında Şəxs tərəfindən fasad 5,88 m2 ölçüdə reklam yayınlamaqda davam edir. İş materiallarına əlavə edilmiş 02 may 2024-cü il tarixli, 11-3-/2-699/2024 nömrəli məktubdan görünür ki, Şəxs inzibati xəta haqqında protokol tərtib olunması barədə 23 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinə dəvət olunması barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş 23 may 2024-cü il tarixli X7, X2 və X3 tərəfindən tərtib edilmiş 1455 nömrəli aktdan görünür ki, ünvan 1i ünvanında Şəxs 02 may 2024-cü il tarixli, 11-3-3/2-699/2024 nömrəli məktubla 23 may 2024-cü il tarixdə saat 16:00 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmasında iştirak etmək üçün X13 idarəsinə dəvət olunsa da, müvafiq protokol rəsmiləşdirilməsi prosesində iştirak etməmiş və fasad 5,88 m2 ölçüdə reklam yayınlamaqda davam edir. İnzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş 23 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol, ona əlavə edilmiş sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törətmiş vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 45-48, 114-116, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar