Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-127/2024 12.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux RPŞ-nin İTB sahə rəisi, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Tərtər rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Natavan qəsəbəsi 6-cı küçədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin İTB sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində Samux rayonu İnstitut qəsəbəsi ərazisində ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux RPŞ-nin İTB sahə rəisi, polis kapitanı X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, protokolu Samux RPŞ-nin PPXBnün polis nəfəri X1 xx.xx.2024-cü il tarixli raportuna əsasən tərtib etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Samux RPŞ-nin PPX-nin polis serjantı X10 ilə Samux RPŞ-nin PPXB-nün polis nəfəri X3 ilə xidmətdə olarkən təxminən saat 23:30 radələrində Samux rayonu Aznixi qəsəbəsində yerləşən “Aylı Gecə” restoranın qarşısından keçərkən onlar iki nəfərin uca səsələ nəlayiq ifadələr işlətdiyini görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxlərin mübahisə etməsi səbəbi ilə onları nizam intizama dəvət etsələrdə, onlar polisin qanuni tələblərinə tabe olmayaraq, polisə qarşı əl-qol ataraq uca səslə nəlayiq ifadələr işlədərək ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermişlər. Həmçinin onlardan spirtli içkinin qoxusu gəldiyindən müəyyən olmuşdur ki, onlar spirtli içki qəbul etmişlər. Samux PPX-nin əməkdaşları tərəfindən Şəxs və X7 polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Həmçinin şəxslər növbətçi hissəyə təhvil verilərkən, onlar öz hərəkətlərini tam olaraq başa düşməyəcək qədər spirtli içkinin təsiri altında olmuşlar. Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, Samux rayonu Aznixi qəsəbəsində yerləşən “Aylı Gecə” restoranın qarşısında dostu ilə öz aralarında uca səslə söhbət etdikləri zaman PPX-nın əməkdaşları onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşlar. Polis əməkdaşları ele zənn etmişlər ki, onlar həmin nəlayiq ifadələri polisə qarşı işlətmiş halbuki, onlar bu sözləri öz aralarında işlətmişlər. O, polisə qarşı heç bir nəlayiq ifadə işlətməmiş, polisin qanuni tələbinə tabesizlik göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Samux RPŞ-nin PPXB polis nəfəri, X3 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, X11 ilə xidmətdə olan zaman təxminən saat 23:30 radələrində Samux rayonun “Aylı Gecə” restoranın qarşısından keçərkən iki nəfər şəxsin nəlayiq ifadələr işlədərək mübahisə etdiyini görmüşlər, onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları nizam intizama dəvət etmişlər, lakin adları sonradan onlara məlum olan Şəxs və X7 öz hərəkətlərini davam edərək, ətrafdakı insanlara rəğmən polisin ünvanını alçaldıcı ifadələr işlətmiş və polisin qanuni tələblərini qəsdən tabe olmamışlar. Onlar həmin şəxslərə polis şöbəsinə getməyi təklif etmişlər, lakin sözügedən şəxslər onlara “siz kimsiniz ki, bizi aparırsınız, gücünüz çatırsa aparın” kimi ifadələr işlətmişlər. Bundan sonra polis şöbəsindən əlavə qüvvə çagrılaraq Şəxs və X6 Samux RPŞ-nə apararaq növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Samux RPŞ-nin PPXB polis nəfəri X11 R.İsbəndiyarlı ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Samux RPŞ-nin PPXB-nin polis nəfəri X12 bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Samux RPŞ-nin növbətçi hissəsindən onlara daxil olan zəngə əsasən o, ekipaj üzvü Samux RPŞ-nin PPXB-nin polis nəfəri X8 ilə birlikdə Samux rayonun İnstitut qəsəbəsində olan “Aylı Gecə” restoranı olan ünvanına getmiş, Şəxs və X4 Samux RPŞ-nin PPXB polis nəfəri X11 və Samux RPŞnin PPXB polis nəfəri X3 ilə kəskin şəkildə mübahisə etdiklərini görmüşlər. Onları nizam intizama dəvət etsələrdə onlar polisin qanuni tələblərinə tabe olmayaraq polisə qarşı əl-qol ataraq uca səslə nəlayiq ifadələr işlədərək ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermişlər. Eyni zamanda polisin qanuni tələblərinə tabe olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Samux RPŞ-nin PPXB polis nəfəri X8 R.Yaqubov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli raportdan məlum olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə tanışı ilə mübahisə edərək uca səslə nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmamış və hərəkətlərini davam etdirmişdir. Buna görə də Şəxs Polis Şöbəsinə aparılmışdır. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğunun olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahid ifadəsi ilə tam sübuta yetirilir. Şəxs ictimai yer olan, Samux rayonu İnstitut qəsəbəsində küçədə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni ümumi qəbul edilmiş davranış qaydalarını pozan hərəkətlərə qəsdən və təqsirli olaraq yol vermiş, bu zaman onu nizam-intizama dəvət edən və ictimai qaydanın qorunması üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 12 iyun 2024-cü il saat 00:30-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-127/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-127/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver