Məhkəmə qərarları › İş №3(058)-128/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-128/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-128/2023 24.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ X15 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kazım-X5 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Samux rayon Çobanaballı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olan və yaşayan Kazım-X5, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 206-cı maddələri ilə Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 oğlu 24 may 2023-cü il tarixdə gecə saat 03 radələrində Samux rayon İnstitut qəsəbəsində uca səslə nalayiq ifadələr işlətmiş xırda xuliqanlıq etmiş, sonra həkim müayinəsindən keçirərkən narkotik vasitədən istifadə etdyi müəyyən olunmuşdur. Kazım- X5 barəsində İXM-in 510-cu və 206-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X13 inzibati protokoldakı xüsusatları təsdiq edərək, bildirdi ki, X9 oğlu 24 may 2023-cü il tarixdə gecə saat 03 radələrində Samux rayon İnstitut qəsəbəsində uca səslə nalayiq ifadələr işlətmiş xırda xuliqanlıq etmiş, sonra Kazım-X2 nümunəsində narkotik vasitə aşkar edilmişdir. Ona görə də Kazım-X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Kazım-X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kazım-X7 qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 oğlu bildirdi ki, əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri polis serjantı X11 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Samux rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri polis serjantı X3 ilə birlikdə xidmətdə olan zaman adı onlara sonradan məlum olan Kazım-X5 ucadan səslə nalayiq ifadələr işlətdiyini və ictimai qaydanın pozulduğunu müşahidə etmişlər. Onlar həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmişlər, həmin vaxt X9 oğlu yenə söyüş söyərək ictimai qaydanı pozmuşdur. Sonra Kazım-X8 həkim müayinəsindən keçirərkən narkotik vasitədən istifadə etdyi müəyyən olunmuşdur. Buna görə də, Kazım-X5 barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 şahid X11 ilə eyni məzmunlu izahat verərək, X4 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. Protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin ifadələrini dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Kazım-X5 barəsində Azərbaycan Respublikasının İXM- 510-cu və 206-cı maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Kazım-X5 barəsində tərtib edilmiş 24 may 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 oğlu 24 may 2023-cü il tarixdə səhər saat 03 radələrində Samux rayonu, İnstitut qəsəbəsində uca səslə nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Sonra həkim müayinəsindən keçirərkən narkotik vasitədən istifadə etdyi müəyyən olunmuşdur. Ona görə də Kazım-X5 barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu və 206-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 24 may 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinin 507/2022 nömrəli tibbi müayinə protokolu ilə Kazım-X2 nümunəsində narkotik vasitə aşkar edilmişdir. Beləliklə, Kazım-X5 İXM-in 510-cu və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Kazım-X1 peşmançılığı, İXM-in 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İnzibati xəta törətmiş şəxs Kazım-X5 əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Kazım- X5 Azərbaycan Respublikası İXM-nin 510-cu və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 24 may 2023-cü il tarixdən saat 03:45-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar