Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-129/2023 22.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimov Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin rəis müavini X2 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 onun İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 3000 manat inzibati cərimə olunması barədə xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, 1997-ci il tarixdən Samux rayonunda ********** nömrəli VÖEN əsasında hüquqi şəxs kimi fəaliyyət göstərən “Günəş” firmasının direktoru işləyir. Onun rəhbərlik etdiyi şirkətin fəaliyyəti heyvandarlıqdan ibarətdir. Şirkətə işə götürülən fermer, çoban və s. işçilərin həmin işi bacarıb-bacarmadığını yoxlamaq üçün onlar 2 həftəlik sınaq müddəti ilə işə götürülür, əgər bacararsa onunla əmək müqaviləsi bağlanılır. Tərtər rayon sakimi X4 çoban kimi işə götürərkən həmin qayda üzrə onu yoxlamaq niyyəti ilə sınaq müddəti ilə işə götürmüş və buna görə də onunla əmək müqaviləsi bağlamamışdır. Ş.Hüseynovla belə razılığa gəlmişlər ki, onun işi bacaracağı təqdirdə onunla əmək müqaviləsi bağlayacaq. Ş.Hüseynov bir müddət işlədikdən sonra onun işi bacarmadığını görüb işə götürməmək qərarına gəlmişdir. Onlar arasında razılıq olub ki, Ş.Hüseynovun qalmağa yeri olmadığından yeni çoban gələnə qədər orada qalsın. Lakin Ş.Hüseynov orada qalmaqdan istifadə edərək onun mal-qarasını talayaraq oğurluq etmişdir. Onun Ş.Hüseynovla əmək müqaviləsi bağlamamasının səbəbi sınaq müddəti müəyyən edərək onun iş qabiliyyətini yoxlamaq niyyətinin olması olmuşdur. Ona görə də barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X9 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək barəsində olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X3 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 3000 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş arayışdan görünür ki, “Günəş” firmasının (VÖEN **********) rəhbəri X5r. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Şükür Rəhim oğlunu onunla əmək müqaviləsi bağlamadan çoban kimi işə götürmüşüdr. X9 Ş.Hüseynovla əmək müqaviləsi bağlamamasını onunla əsaslandırmışdır ki, onun iş qabiliyyətini yoxlamaq üçün işlədiyi həmin vaxtı sınaq müddəti kimi müəyyən etmiş və əgər özünü doğruldacağı təqdirdə onu rəsmi qaydada işə götürməyi düşünmüşdür. E.Xəlilov barəsində olan inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Halbuki Əmək Məcəlləsinin sözügedən maddəsində əmək müqaviləsinin işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilməsi və sınaq müddətinin 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilməsi göstərilmişdir. Həmin maddənin məzmunundan aydın olur ki, işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq üçün belə sınaq müddəti müəyyən olunmaqla hər bir halda onunla əmək müqaviləsi bağlanmalıdır. Ona görə də, məhkəmə X3 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı hesab edir və şikayətin rədd olunması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin rəis müavini X2 xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-129/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-129/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver