Məhkəmə qərarları › İş №3(058)-129/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-129/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-129/2024 15.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 12 iyun 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il tarixdə anadan olmuş X4, xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün sabit pul məbəği ilə 150 (yüz əlli) manat cəmi 450 (dörd yüz əlli) manat aliment cavabdeh Şəxs tutularaq iddlaçı X5 ödənilməsi və alimentin tutulmasının əvvəll 28 noyabr 2023-cü İl tarixdən hesablanması qət edilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 2200 manat aliment borcu yaranmışdır. Borclu Şəxs izahatı alınmış, o izahatında bildirmişdir ki, imkanı olmadığından alimenti ödəyə bilmir. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun aliment borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur, yığılan aliment borcunu ödəyə bilməməsinin səbəbi maddi imkansızlıq olmuşdur. Lakin imkanı olduğu vaxtlarda o, müəyyən məbləğlərdə ödənişlər etmişdir. Xahiş edir ki, ona borcundan ödəniş etməsi üçün vaxt verilsin. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, ona məhkəmə tərəfindən verilən vaxt ərzində 500 manat ödəniş edib. Yenidən vaxt veriləcəyi təqdirdə borcundan yenə ödəniş edə bilər. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən tələbkar X7 bildirdi ki, Şəxs həqiqətən də məhkəmə tərəfindən ona verilən müddət ərzində aliment borcundan 300 manat bir, 200 manat bir olmaqla cəmi 500 manat ödəniş edib. Ona yenidən vaxt verilməsinə etiraz etmir. Hazırda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində o, borcundan 400 manat ödəniş edib. 05 iyul 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına isə üzürlü səbəbdən gecikmiş və məhkəmə iclasında iştirak edə bilməmiş, buna görə də onun barəsində məcburi gətirmə qərarı çıxarılmış, lakin geciksə də məhkəməyə gələrək növbəti məhkəmə iclasının vaxtı barədə məlumat alaraq növbəti məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişinə imza etmişdir. Bundan sonra isə qalan aliment borcunu ödəməyə davam edəcək. Hazırda məhkəmə iclasında iştirak edən tələbkar X7 bildirdi ki, Şəxs bu gün aliment borcundan 400 manat ödəniş edib. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Çox saylı xəbərdarlıqların surətindən görünür ki, borclu Şəxs məhkəmə qətnaməsini icra etməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Elektron sistem vasitəsilə verilmiş sorğunun cavabını əks etdirən çıxarışın surətindən görünür ki, borclu Şəxs adına hər hansı bir əmlak aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs aliment borcundan 200 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs aliment borcundan 400 manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən ona 2 dəfə verilmiş müddət ərzində Şəxs borcundan əvvəlcə 500 manat, daha sonra 600 manat ödəniş etmiş və tələbkar məhkəmə iclasında verdiyi izahatlarında Şəxs aliment borcundan sözügedən məbləğlərdə ödəniş etməsini təsdiqləmişdir. Şəxs 05 iyul 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlmədiyindən onun barəsində məcburi gətirmə qərarı çıxarılmış, lakin o, həmin gün məhkəmə iclasının vaxtından bir qədər sonra məhkəmənin inzibati binasına gələrək növbəti məhkəmə iclasının vaxtı barədə məhkəmə iclas katibindən məlumat almış və növbəti məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişinə imza etmişdir. Göstərilən hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınmadığını göstərir. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar