Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-13/2024 22.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayоn Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, məhkəmə iclas katibi Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki-Zaqatala regional şöbəsinin baş məsləhətçisi – baş əmək müffətişi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 iştirakı ilə, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki-Zaqatala regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki-Zaqatala regional şöbəsinin, baş məsləhətçisi – baş əmək müffətişi X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun baxılması Samux Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanması üçün səbəb və əsaslar olmuşdur. Belə ki, X14 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki-Zaqatala regional şöbəsinə müraciət edərək, Şəxs MMC tərəfindən X4 və X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məcəlləsinin tələbləri pozulmaqla əmək müqaviləsi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştrak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi baş məsləhətçisi – baş əmək müffətişi X6 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, X7 daxil olmuş məlumat əsasında Şəki-Zaqatala regional şöbəsinin əmək müffətişiliyi tərəfindən Zaqatala şəhərində yerləşən Şəxs MMC-də yoxlama aparılmışdır. Yoxlama aparılan zaman Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxsin direktoru X3 özünü inzibati xətanın törədilməsində təqsirli bilərək, izahatında bildirdi ki, o, “First Academy MMC”-nin təsisçisi və rəhbəridir. Şirkət tibb və başqa sahələr üzrə kursların keçirilməsi ilə məşğul olur. X4 və X5 2023-cü ilin noyabr ayından kursun gələcək müəllimləri kimi tələblərlə tanışlıq və onlara ilkin müvafiq tapşırıqların verilməsi üzrə fəaliyyət göstərməyə başlayıblar. Əsas fəaliyyətə əmək müqaviləsi qanuni qüvvəsini aldıqdan sonra başlamaq niyətində olmuşlar. X4 və X5 ilə “First Academy MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Səhlənkarlıq səbəbilə əmək müqaviləsi gec bağlanmışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin direktorunun izahatlarını dinləyib, daxil olmuş inzibati xəta haqqında sənədləri araşdıraraq qeyd edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tibb və digər sahələr üzrə tədris kursu fəaliyyəti ilə məşğul olur. Hüquqi şəxs tərəfindən X4 və X5 faktiki olaraq müəllim qeydiyyatçı kimi əmək fəaliyyətinin həyata keçirilməsinə cəlb edilmiş, onlar 2023-cü ilin noyabr ayından faktiki əmək münasibətlərində iştirak etmələrinə baxmayaraq Şəxs MMC ilə onlar arasında əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Yəni, əmək məcəlləsinin tələbləri pozulmaqla əmək müqaviləsi qüvvəyə minmədən X4 və X5 iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2.4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.4-cü maddəsinə əsasən prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır və hüquqi şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC törədilmiş inzibati xətaya görə məsuliyyət müəyyən edən İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimənin aşağı həddində tənbeh edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 48-51, 54, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs (ünvan: AZ5111, Samux rayonu, Çobanabdallı Ə/V, Çobanabdallı; VÖEN – **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-13/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-13/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver