Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-13/2025 16.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X16 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X7 və onun nümayəndəsi X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X12 məhkəməyə şikayət verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrli qərarı ilə o, X12 Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Qərarda göstərilənlərə görə onun 16 noyabr 2024-cü il tarixdə X6 Samux rayonunun Alazan adlanan ərazisinə düşən hissəsində özünə məxsus odlu silahla ova cəhd etməsi faktı müəyyən edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, o, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Bununla bağlı həkimlər ona tez-tez təmiz havada piyada gəzməyi tövsiyə ediblər. 16 noyabr 2024-cü il tarixdə o, Samux rayonunun Alazan adlanan ərazisinə düşən hissəsinə gəzmək və balıq tutmaq üçün getmişdir. O, ovçular cəmiyyətinin üzvüdür və özünə məxsus icazəli odlu silahı vardır. Getdiyi ərazidə vəhşi heyvanlar olduğuna görə o, vəhşi heyvanların ehtimal olunan hücumundan qorunmaq məqsədilə odlu silahını özü ilə götürmüşdür. Ərazidə gəzən zaman ETSN-nin əməkdaşları ona yaxınlaşaraq, icazəsiz ov etdiyini barəsində iradlarını bildirmişlər o, isə onlara bildirmişdir ki, ov etmir, gəzmək və balıq tutumaq üçün həmin əraziyə gəlmişir. Lakin qeyd edilən şəxslər onun dediklərinə əhəmiyyət verməyərək, barəsində protokol tərtib edəcəklərini bildirmişlər. 10 saylı RETSİ barəsində xx.xx.2024-cü il tarixli protokol tərtib edib, 04 dekabr 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar çıxarmışdır. Onun Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinməyi qərarda onunla əsaslandırılmışdır ki, 16 noyabr 2024-cü il tarixdə X6 Samux rayonunun Alazan adlanan ərazisinə düşən hissəsində özünə məxsus odlu silahla ova cəhd etmişdir. İXM-nin 272.3-cü maddəsi ova “cəhd” etməyə görə deyil, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov “edilməsinə” görə məsuliyyəti nəzərdə tutur. Həmin maddə ilə məsuliyyətə cəlb edilmək üçün o, maddənin dispozisiyasında göstərilən hərəkətləri etməlidi. Halbuki, o, ov etməmiş ki, bu da ya qanunsuz, ya da ki, qanuni olsun. Onun nə əlində, nə avtomobilində ovlanmış quş və ya heyvan olmamışdır. ETSN-nin əməkdaşları ərazidə uzaqdan onun fotoşəklini çəkmişlər. O, fotoşəkli tələb etsə də fotonu ona verməmişlər. Qeyd edilən fotoşəkildən görünür ki, silahı onun çiynində arxa tərəfdədir. Əgər o, ov etməyə cəhd göstərsəydi silah əlində, konkret obyektə və ya yerə tuşlanmış olardı. Belə olan halda hansı “ova cəhd” etmədən söhbət gedə bilər? Bundan başqa inzibati orqan inzibati xəta haqqında işə baxılması barəsində ona lazımi qaydada xəbərdar etməmişdir. Hazırki şikayətinə əlavə etdiyi zərfin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə göndərilmiş bildiriş onun yaşayış yeri üzrə qeydiyyat ünvanına göndərilməmişdir. Buna görə xx.xx.2024-cü il tarixdə geri qaytarılmışdır. Bildirişin ona çatmadığı məlum olduğu halda inzibati orqan xx.xx.2024-cü il tarixdə onun iştirakı olmadan inzibati xəta haqqında işə baxaraq qərar qəbul etmişdir. Bununla da prosessual pozuntuya yol vermişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X12 bildirdi ki, ona xx.xx.2024-cü tarixdə zəng gəlmiş və onu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət etmişlər ki, qərarın sürətini ona təqdim olunacaqdır. Həmin gün o, idarəyə getmiş və onun 1000 manat cərimə olunması ilə bağlı qərar ona təqdim olunmuşdur. Qərar ona verildikdən sonra əməkdaşlar poçt çatdırılma vərəqinə ona imza atmağı təklif etmişlər və o, həmin vərəqəyə imza atmışdır. İnzibati qərar qəbul edilməsində o, iştirak etməmişdir. Odur ki, həmin qərar əssasızdır onun məlumatı olmadan qəbul olunmuşdur. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında X7 nümayəndəsi X5 bildirdi ki, X7 əməlində inzibati xəta hadisəsi olmamışdır. X7 barəsində qərar qəbul edilərkən prosessual pozuntuya yol verilmişdir. Qərar qəbul olunarkən X7 məlumatı olmamışdır. Odur ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edib şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 bildirdi ki, X9 bildiriş göndərilmiş və xx.xx.2024-cü il tarixdə, saat 10:30-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmaqla bağlı məlumat verilmişdir. İnzibati tənbeh vermə haqqında həmin qərar qanunidir. Odur ki, şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi, müfəttiş X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 rayon, Alazan adlanan ərazisinə düşən hissədə özünə məxsus odlu silahla cəhd etdiyi faktı aşkar olundu. X1 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X9 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokola əsasən inzibati xəta haqqında işə xx.xx.2024-cü il tarixdə saat 10:30-da baxılacağı bildirilmiş və həmin vaxt 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Samux rayon, Alazan adlanan ərazisinə düşən hissədə özünə məxsus odlu silahla ov etməyə cəhd etdiyinə görə X12 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə edilmişdir. Məhkəmə, şikayətçinin və qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyərək, şikayətin dəlillərini və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Məhkəmə əvvəla qeyd edir ki, X12 barəsində inzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bir sıra prosessual tələblər pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və digər hüquqları vardır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X19 filialının X19 filialının 08 yanvar 2025-ci il tarixli 3-27-109-6/15 nömrəli məktubundan görünür ki, araşdırma zamanı aidiyyatı üzrə X19 filialının Üçtəpə poçt şöbəsinin yazılı məlumatı və “F-8” çatdırılma vərəqi tələb edilmişdir. Təqdim olunmuş yazılı məlumata və “F-8” çatdırılma vərəqinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən göndərilən SX044361949AZ saylı sifarişli məktub xx.xx.2024-cü il tarixdə ünvançı tapılmadığı üçün geri qaytarılmışdır. İş materiallarından olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xəbərnamədən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə poçt çatdırılma vərəqəsinə imza edərək bildirişi qəbul etmişdir. (Lakin 08 yanvar 2025-ci il tarixli 3-27-109- 6/15 nömrəli məktubundan görünür ki, SX044361949AZ saylı sifarişli məktub xx.xx.2024cü il tarixdə ünvançı tapılmadığı üçün geri qaytarılmışdır.) Göründüyü kimi inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında icraat aparılan X9 xx.xx.2024-cü il tarixli bildiriş tərtib edilsə də, həmin bildiriş xx.xx.2024-cü il tarixdə geri qaytarılmış, lakin səlahiyyətli orqan onun məlumatı olmadan onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar qəbul etmiş, bununla da İXM-in 60.3, 61.1, 111.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında işə baxılması zamanı iştirakının təmin edilməsi zəruridir. X9 inzibati xəta haqqında işə baxılarkən məlumat verilməməsi, inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılması onun müdafiə hüququnu pozmuşdur. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, qanunverici inzibati xətalar qanunvericiliyi ilə qorunan ictimai münasibətlərə zərər yetirən inzibati xətalara dair işlər üzrə tam, hərtərfli və obyektiv araşdırma aparılmasını, inzibati xəta tərkibinin bütün əlamətlərinin müəyyən edilməsini məhkəmələrin, kollegial orqanların və səlahiyyətli orqanların üzərinə vəzifə kimi qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi üçün qeyd edilən orqanlar inzibati xəta hadisəsinin olub-olmamasını, xətanı törədən təqsirkar şəxsləri müəyyən etməlidirlər. İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Beləliklə, məhkəmələrin və səlahiyyətli orqanların qarşısında duran vəzifələrdən ən başlıcası inzibati xəta tərkibinin bütün əlamətlərinin müəyyən edilməsi, eyni zamanda inzibati xəta hadisəsi ilə bağlı işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqdan ibarətdir. İnzibati xata haqqında hazırkı işin materiallarından görünür ki, inzibati xəta haqqında işə baxmaq hüququ olan səlahiyyətli orqanın vəzifəli şəxsi qanunvericiliyin tələblərini pozmaqla işə baxmışdır. Belə ki, İXM-in 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək. İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş olan şəxsin işə baxılmasında iştirak etmək hüququnun təmin edilməsinin səlahiyyətli orqanların vəzifəsi olmasına baxmayaraq, hazırkı iş üzrə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi onun iştirakını təmin etməmiş, bununla yanaşı eyni zamanda onu İXM-in 61.1-ci maddəsində nəzərdə tutulan hüquqlarını həyata keçirməkdən məhrum etmişdir. İş materiallarından görünür ki, inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında icraat aparılan X9 inzibati işə baxılması ilə əlqədar xx.xx.2024-cü il tarixdə bildiriş tərtib edillib məktub vasitəsi ilə göndərilsə də, SX044361949AZ saylı sifarişli məktub xx.xx.2024-cü il tarixdə ünvançı tapılmadığı üçün geri qaytarılmış, lakin səlahiyyətli orqan isə X7 məlumatı olmadan onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar qəbul etmiş, bununla da İXM-in 60.3, 61.1, 111.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, X12 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-13/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-13/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver