Məhkəmə qərarları › İş №3(058)-130/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-130/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-130/2023 24.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux Rayonu Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X1 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 onun İnzibati Xətalar Məcəlləsinin 342.7-ci, 342.2.3-cü və 342.2.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 150 manat inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il 20:00 radələrində 10 gündən artıq istifadə etmədiyi, təmir olunmalı və sökülü vəziyyətdə olan avtomobilini X6 Xidməti (DYP) əməkdaşları tərəfindən təmir sexinin qarşısından götürülərək duracağa aparılmış, həmçinin ona 150 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Təmir sexinin video müşahidə kameraları mövcuddur. O sübut edə bilər ki, avtomobili 10 gündən artıqdır ki, təmirdədir, sürüləcək halda deyil. Ona görə də barəsində tərtib edilmiş inzibati protokol ləğv edilməli və iş üzrə inzibati icraata xitam verilməlidir. İnzibati tənbeh vermə qərarından şikayət vermiş şəxsə və Samux Rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və bu barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-nin 342.7-ci, 342.2.3-cü və 342.2.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə, 342.2.4-qü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görəaltmış manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsi ilə müəyyən edilmiş, “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”nın Vİİ hissəsinin 3-cü bəndinə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitəsinin nasazlığı kimi qəbul edilərək qadağan olunmuşdur. Sözügedən inzibati tənbeh vermə haqında qərardan aydın olur ki, X3 İXM-nin 342.2.3-cü, 342.2.4-cü və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hazırda barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs onun barəsində olan inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir və həmin qərarın ləğv edilməsini xahiş edir. Halbuki şəxs məhkəməyə qərarın əsassız olmasını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Samux Rayonu Yol Patrul Xidməti baş inspektor polis leytenantı X1 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar