Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-132/2023 20.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 01 iyun 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 688/2019 saylı 19 fevral 2019-cu il tarixli icra sənədi ilə, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2043/2016 saylı, 24 may 2016-cı il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 100 (yüz) manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması, 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi, 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X5 xəstəlikləri ilə bağlı əlavə xərclərə görə, birdəfəlik xərc qismində 1500 (min beş yüz) manat Şəxs tutularaq X6 ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(043)-1579/2022 saylı, 21 iyun 2022-ci il tarixli icra sənədi ilə, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 19 fevral 2019-cu il, 2(043)-688/2019 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması, 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi, 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X5 xəstəlikləri ilə bağlı əlavə xərclərə görə, birdəfəlik xərc qismində 434,42 (dörd yüz otuz dörd manat qırx iki qəpik) manat Şəxs tutularaq X6 ödənilməsi qət edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-3024/2016 saylı, 24 may 2016-cı il tarixli icra sənədi ilə, cavabdeh Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb oluncağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq borcunu ödəməkdən yayınır, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi gəlirlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Borcunu ödəməməsinin səbəbi işinin olmaması olmuşdur. Ona borcundan ödəniş etməsi üçün vaxt verilməsini məhkəmədən xahiş edir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında tələbkar X8 bildirdi ki, borclu yığılmış aliment borcunu ödəmir, lakin ona borcunu ödəməsi üçün məhkəmə tərəfindən vaxt verilməsinə etiraz etmir. Məhkəmə tərəfindən borclu Şəxs icra səndi üzrə borcunu ödəməsi üçün vaxt verilərək məhkəmə iclası növbəti tarixə təxirə salınmışdır. 20 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində icra sənədləri üzrə borcundan ümumilikdə 1000 manatdan artıq məbləğdə ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 688/2019 saylı 19 fevral 2019-cu il tarixli icra sənədi ilə, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-2043/2016 saylı, 24 may 2016-cı il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 100 (yüz) manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması, 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi, 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X5 xəstəlikləri ilə bağlı əlavə xərclərə görə, birdəfəlik xərc qismində 1500 (min beş yüz) manat Şəxs tutularaq X6 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(043)-1579/2022 saylı, 21 iyun 2022-ci il tarixli icra sənədi ilə, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 19 fevral 2019-cu il, 2(043)-688/2019 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılması, 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi, 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X5 xəstəlikləri ilə bağlı əlavə xərclərə görə, birdəfəlik xərc qismində 434,42 (dörd yüz otuz dörd manat qırx iki qəpik) manat saxlanması Şəxs tutularaq X6 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3024/2016 saylı, 24 may 2016-cı il tarixli icra sənədi ilə, cavabdeh Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə bildirişlərdən görünür ki, hər bir icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxsna 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxsna icra sənədlərini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcu vaxtında ödəməməsi və məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə onun İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Şəxs onun xahişi ilə borcunu ödəməsi üçün məhkəmə tərəfindən ona verilən vaxt ərzində icra sənədləri üzrə borcundan ümumilkdə 1000 manatdan artıq məbləğdə ödəniş etmişdir, bu da onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-132/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-132/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver