Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-138/2024 08.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 27 iyun 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Samux Rayon Məhkəməsinin 2(058)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir. Hazırda Şəxs 550 manat aliment borc yaranmışdır və o, icra məmurunun qanuni tələbini yerinə yetirmir. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, onun borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Ödəyə bilməməsinin səbəbi maddi imkansızlıq və daimi iş yerinin olmamasıdır. Hal-hazırda onun xahişi ilə məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində borcundan 100 manat ödəniş edib. Bundan sonra da borcunu ödəməkdən boyun qaçırmır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahat verərək bildirdi ki, borclu Şəxs icra sənədi üzrə axrıncı dəfə xx.xx.2024-cü il tarixdə ödəniş etmişdir. Hazırda onun 550 manat aliment borcu yaranmışdır. Samux Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Samux Rayon İcra və Probasiya Şöbəsinin, böyük icra məmuru X6, Samux rayonu Əhmədbəyli kəndinin sakini Şəxs və Samux rayonu Əhmədbəyli kəndinin sakini X2 iştirakı ilə borclu Şəxs qeydiyyatda olduğu evə baxış keçirilmiş, borclunun yaşadığı evdə tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini tam icra edənədək ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, icra sənədi üzrə borcundan ödəniş etməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs X1 hesabına 75 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs X1 hesabına 100 manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunmazdan əvvəl icra sənədi üzrə borcundan ödəniş etməsi, həmçinin məhkəmə tərəfindən ona verilmiş müddət ərzində borcundan ödəniş etməsi onun borcunu ödəməkdən qərəzli olaraq yayınmadığını göstərir. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-138/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-138/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver