Məhkəmə qərarları › İş №3(058)-14/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-14/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-14/2023 31.01.2023 SAMUX RAYON MƏKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Goranboy rayon Şəfəq kənd sakini Şəxs Samux rayon ərazisində müvafiq sənədi olmayan bir ədəd “TOZ-34P” markalı 2 lüləli, 12 çaplı, J-904677 nömrəli mülki silah aşkar edilmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Samux Rayon Polis şöbəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, lakin Şəxs xx.xx.2023-cü il tarixdə məhəməyə ərizə verərək iştirakı olmadan baxılmasını xahiş etmişdir, Samux Rayon Polis şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdir. İşə əlavə edilmiş MN ******* saylı, 12 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş xx.xx.2022-ci il tarixli raportdan, həmin tarixli aktdan və izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdə 6 saylı marşurutda avtopatrulda polis serjantı Alyarov Qəlbinur və Kazımzadə Toğrul ilə birgə xidmətdə olarkən “NİVA” markalı **-LK-*** dövlət nömrə nişanlı avtomobili onlara sübhə doğrultuğu üçün saxlayaraq özlərini təqdim edib, həmin zaman maşında ov silahı olduğunu görmüşlər və sənədini soruşmuşlar. Lakin həmin avtomaşının sürücüsü adı onlara sonradan məlum olan Şəxs silahın ona məxsus olduğunu və heç bir sənədi olmamasını demişdir. Bundan sonra polis şöbəsində bu barədə sənədləşmə aparılmışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokoldan və izahatdan göründüyü kimi Şəxs öz əməlini etiraf etmişdir. Beləliklə, Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs İXM-in 32-ci maddəsinə əsasən əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsulliyyəti i ağırlaşdıran hallar aşkar etmədi. İXM-in 590.2-ci maddəsinə əsasən maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat cərimə edilsin. Samux rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd “TOZ-34P” markalı 2 lüləli, 12 çaplı, J-904677 nömrəli mülki silah müsadirə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar