Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-14/2025 07.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdulzadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 25024017 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3, onun İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 20 manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli EQ 25024017 saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 16:08-də Samux Rayon Sərkar kənd tam orta məktəbin qarşısında “RENAULT KOLEOS” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini durma qaydalarını pozmağına görə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis palkovniki-leytinatı Elvin Abbaszadə tərəfindən qərar yazılıb. Sərkar kənd tam orta məktəbin qarşısında avtomobillərin park edilməsi üçün ayrılmış zolaqda, o, minik avtomobilini parklanma üçün ayrılmış sahədə dayandırmışdır. xx.xx.2024-cü il tarixdə onun telefonuna SMS gələndə cərimə olunduğunu bildmişdir. Yoldan keçən DYP inspektoru qanuna zidd şəkildə avtomobilinin şəkilini çəkərək ona İnzibati xətalar məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat cərimə göndərilib. O bir dəfə 102 qaynar xəttinə zəng etmişdir. Ona bildirmişlər ki, aidiyəti üzrə araşdırıb cavab veriləcək. xx.xx.2024-cü il tarixdə onu Samux Rayon DYP bölməsinə dəvət edərək və ona bildirmişlər ki, ona yazılan cərimə qanununidir. Qərardan narazı olduğu halda məhəkəməyə müraciət etməsi barədə xəlumat verilmişdir. X6 əməkdaşları öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 346.1-ci maddəsini nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli biliblər. Bundan sonra ona xx.xx.2024-cü il tarixli, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı cıxarılan izibati tənbeh vermə haqqında EQ 25024017 nömrəli qərar vermişlər. Həmin qərara əsasən ona 20 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü cəzası verilmişdir. Həmin qərar DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis palkovnik-leytinat Elvin Abdullazadə qəbul etmişdir. Samux rayon Sərkar kənd tam orta məktəbin qarşısında ona inzibati xəta törətməkdə təqsirli bilməkləri qanunvericiliyin tələblərinə ziddir. Bununla əlaqədər Elvin Abdullazadə tərəfindən tərtib edilmiş inzibati tənbeh haqqında qərarla təqsirli bilinməsi əsassızdır. Məhkəmə iclasında X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ 25024017 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarı tərtib etmiş şəxs inzibati orqana isə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 25024017 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: xx.xx.2024-cü il tarixli EQ 25024017 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-in 346.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətinin dəlilləri əsassızdır. K.Nəsibov barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsaslı olması iş materiallarındakı sübutla öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, K.Nəsibovun sözügedən qərardan verdiyi şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin X1 barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli EQ 25024017 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-14/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-14/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver