Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-144/2023 03.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru (probasiya üzrə) X3 tərəfindən tərtib edilmiş protokol Samux Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru (probasiya üzrə) X3 bildirdi ki, Şəxs Samux Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 3(058)-121/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) saatdan çox olmamaq şərti ilə 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş, 05 iyun 2023-cü il tarixli, 2-27/23 nömrəli arayışa əsasən Samux rayonu, Arif Nəbiyev küçəsində ictimai işlərə cəlb olunmuş, lakin həmin tarixdən, yəni 5-8, 13, 14,16, 21 iyun tarixlərində cəlb olunduğu ictimai işləri yerinə yetirməmişdir. Bununla əlaqədar Şəxs dəfələrlə xəbərdarlıq edilmiş, cəzasının inzibati həbslə əvəz olunacağı barədə bildiriş verilmişdir. Şəxs inzibati tənbehin çəkilməsindən boyun qaçırdığından barəsində onun tərəfindən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, ona verilən tapşırıqları vaxtında yerinə yetirmiş, lakin bir neçə dəfə ailəsinin maddi tələbatını təmin etmək üçün başqa yerdə işlədiyindən ictimai işləri yerinə yetirə bilməmişdir. Cəzasını qanunamüvafiq qaydada çəkəcəyinə söz verdi və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil məhkəmədən Şəxs barəsində yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli, 08 iyun 2023-cü il tarixli, 12 iyun 2023-cü il tarixli, 13 iyun 2023-cü il tarixli, 14 iyun 2023-cü il tarixli, 16 iyun 2023-cü il tarixli və 21 iyun 2023-cü il tarixli “ictimai işlərin görüldüyü yerlərə baş çəkmə protokollarından görünür ki, Şəxs işlədiyi Samux Rayon MKTİB-nin ərazisinə baxış keçirilmiş və Şəxs iş yerində olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Altun Gözəlova ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-72-24/2-28/2023 nömrəli məktubun surətindən görünür ki, Şəxs 05 iyun 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək ona ayrılmış ictimai işlərin çəkiləcəyi yerdə olmamışdır. İş materiallarında olan bildirişdən görünür ki, icra məmuru tərəfindən Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduğuna görə məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və icra məmurunu dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 529-cü maddəsinin qeydinə əsasən 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırması, beləliklə də İXM-in 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 154.9-cu maddəsinə əsasən işəgötürən ictimai işlərin həyata keçirilməsi üçün mövcud olan yerlər barədə müvafiq icra hakimiyyəti orqanına düzgün və tam məlumat verir, şəxs ictimai işlərin həyata keçiriləcəyi yerdə qəbul edilərək ictimai işə təhkim edildikdə, onun tərəfindən ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlini tərtib edərək üç gündən gec olmayaraq icra məmuruna göndərir, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işləri yerinə yetirməkdən boyun qaçırma halları barədə dərhal icra məmuruna məlumat verir. - 154.11-ci maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İşin faktiki hallarından göründüyü kimi Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçıraraq üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamış və ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -145.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Samux Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 3(058)-121/2023 nömrəli qərarının icrasına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 03 iyul 2023-cü il tarixdən saat 16:35-dən hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-144/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-144/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver