Məhkəmə qərarları › İş №3(058)-146/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-146/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-146/2025 27.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Samux Rayon Polis Şöbəsinin DYPB-nin YNH üzrə inspektoru, polis baş leytenantı Firuz X1 inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından Samux rayon prokuroru Könül Ələsgərova tərfindən verilmiş protestə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon prokuroru Könül Ələsgərova, X2 inzibati tənbeh verilməsi haqqında Samux Rayon Polis Şöbəsinin DYPB-nin YNH üzrə inspektoru, polis baş leytenantı Firuz Rəsulzadənin xx.xx.2024-cü il tarixli qərarından protest verərək sözügedən qərarın ləğv edilməsi və baş vermiş yol-nəqliyyat hadisəsi üzrə əlavə araşdırmanın aparılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Protest onunla əsaslandırmışdır ki, X4 xx.xx.2024-cü il tarixdə saat 17 radələrində "Cehvrolet Cruze” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Samux rayonu Aznixi qəsəbəsi ərazisində "VAZ2107" markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Samux RPŞ-nin DYPB YNH üzrə inspektoru, polis baş leytenantı Firuz Rəsulzadənin xx.xx.2024-cü il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Samux RPŞ-nin DYPB-də toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialları prokuror nəzarəti qaydasında tələb edilərək öyrənilmiş və müəyyən edilmişdir ki, inzibati iş üzrə icraat inzibati xətalar haqqında qanvericiliyin prosessual normaları pozulmaqla, həmçinin tam və hərtərəfli araşdırma aparılmadan həyata keçirilmiş, nəticədə qanunsuz və əsassız olaraq Mehman Ağaməmmədovun inzibati tənbeh edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 102.1-ci maddəsinə əsasən yol-hərəkət qaydaları əleyhinə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. DYPB əməkdaşı inzibati xətanı aşkar etdikdən sonra inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul etməli olduğu halda bu barədə qərardad qəbul edilməmiş, yanlız araşdırmanın sonunda təqsirli şəxsə inzibati tənbeh verilməsi barədə qərar qəbul edilmişdir. Halbuki iş üzrə faktiki olaraq inzibati araşdırma aparılmış, izahatlar alınmış, hal şahidlərinin iştirakı ilə yolnəqliyyat hadisəsinin sxemi tərtib edilmişdir. Belə olan halda hadisənin baş verdiyi vaxtdan inzibati tənbeh verilən müddətədək aparılan araşdırmanın hüquqi statusu qeyri-müəyyən qalır və İnzibati Xətalar Məcəlləsinin inzibati araşdırmanın prosessual qaydalarına, proses iştirakçılarının hüquq və vəzifələrini həyata keçirmə imkanları və sair tələbləri həmin araşdırmaya şamil edilmir. Bu, Azərbaycan Respublikası İnzibatiXətalar Məcəlləsinin tələblərinin kobud pozuntusudur. Bundan başqa yol-nəqliyyat hadisələri ilə əlaqədar icraat zamanı qəbul edilmiş inzibati tənbeh verilməsi barədə qərarda hadisənin təsviri, işə baxılarkən toplanmış sübutlar və sair əhəmiyyətli xüsusatlar göstərilməmişdir. İnzibati tənbeh verilməsi barədə qərarda yanlız şəxsin törətdiyi inzibati xətanın nəzərdə tutulduğu İXM-in maddəsi göstərilmiş, lakin yol-nəqliyyat hadisəsinin mexanizmi, hadisənin iştirakçılarının hərəkətləri, inzibati tənbeh verilən şəxsin yolnəqliyyat hadisəsi zamanı konkret olaraq hansı hərəkəti ilə yol-hərəkəti qaydalarını pozaraq İXM-də nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilməmiş, qərar əsaslandırılmamışdır. Bundan başqa inzibati xəta haqqında iş üzrə icraat zamanı Mehman Ağaməmmədovun yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli ^İmasını təsdiq edən mötəbər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təqsirsizlik prezumpsiyası prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Mehman Ağaməmmədov inzibati məsuliyyətə yanlız materiala əlavə edilmiş yolnəqliyyat hadisəsinin sxemi və alınmış izahatlar əsasında cəlb edilmiş, həmin izahatlar da olduqca səthi olmuş, izahatlarda avtomobillərin hərəkət sürətləri, şəxsin özünü təqsirli bilib-bilməməsi barədə suallar verilməmişdir. İnzibati icraat materialından yol-nəqliyyat hadisəsinin dəqiq mexanizmini müəyyən etməm mümkün olmur. Halbuki bu, hansı avtomobilin sürücüsünün təqsirli olması məsələsinin müəyyən edilməsi üçün həlledici olmuşdur. Belə ki, "Yol hərəkəti" haqqında Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 51-ci maddəsinin 4-cü hissəsinə əsasən hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən və ya manevr edən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır. Bu xüsusatın müəyyən edilməsi üçün avtomobillər arasında ara məsafəsinin, avtomobillərin hərəkət surətlərinin nə qədər olması, "Cehvrolet Cruze” markalı avtomobilin nə vaxt sola dönmə əməliyyatına başlaması faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-İn 128-ci maddəsinə əsasən prokuror səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə protest verə bilər. Beləliklə, Samux RPŞ-nin DYPB YNH üzrə inspektoru, polis baş leytenantı Firuz X1 inzibati tənbeh verilməsi haqqında xx.xx.2024- cü il tarixli qərarının ləğv edilməsi və baş vermiş yol-nəqliyyat hadisəsi üzrə əlavə araşdırmanın aparılmasına dair protestin verilməsi məqsədmüvafiqdir. Hər iki inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə sözügedən protestə inzibati orqanların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, protesti və iş materiallarını tədqiq edərək hesab edir ki, protest məhkəmənin icraatından çıxarılmalı və geri qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə əsasən prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2, 54.3 və 54.6cı maddələrinin hal-hazırda qüvvədə olan redaksiyasına müvafiq olaraq, prokuror öz təşəbbüsü ilə başlanmış, həmçinin yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işin baxılmasında iştirak edib-etməməsindən asılı olmayaraq həmin iş üzrə qəbul edilmiş qərardan məhkəməyə protest vermək hüququna malikdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2, 54.3 və 54.6-cı maddələrinin hal-hazırda qüvvədə olan redaksiyasına müvafiq olaraq, prokuror yalnız öz təşəbbüsü ilə başlanmış, həmçinin yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işin baxılmasında iştirak edib-etməməsindən asılı olmayaraq həmin iş üzrə qəbul edilmiş qərardan məhkəməyə protest vermək hüququna malikdir. Hazırda isə məhkəmə tərəfindən müəyyən edilir ki, Samux Rayon Polis Şöbəsinin DYPB-nin YNH üzrə inspektoru, polis baş leytenantı Firuz Rəsulzadə tərəfindən qəbul edilmiş X2 inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında icraat prokurorun təşəbbüsü ilə başlanmamış, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılaraq inzibati tənbeh tətbiq olunmuş şəxs yetkinlik yaşına çatmayan şəxs deyil. Belə olan halda prokurorun sözügedən qərardan protest vermək hüququ istisnadır və qanunvericiliyin tələbinə əsasən sözügedən protestə məhkəmə tərəfindən baxılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132 və 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Samux Rayon Polis Şöbəsinin DYPB-nin YNH üzrə inspektoru, polis baş leytenantı Firuz X1 inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından Samux rayon prokuroru Könül Ələsgərova tərfindən verilmiş protest məhkəmənin icraatından çıxarılsın və protest bütün materiallarla birlikdə Samux Rayon Prokurorluğuna geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar