Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-147/2024 15.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Samux rayonu, Hacallı bələdiyyəsinin sədri Şəxs iştirakı ilə, xx xxxxxxxx 1948-cü il tarixdə Samux rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Samux rayon Hacallı kəndində bələdiyyə sədri işləyən, Samux rayonu, Hacallı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsindən Samux rayonu, Hacallı bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs bələdiyyə sədri olaraq Samux rayon Hacallı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 07 nömrəli qərarı inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim etməmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında 24 iyul 2024-cü il tarixdə, MN № ******* nömrəli protokol tərtib edilmiş və toplanmış material aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Samux rayonu, Hacallı bələdiyyəsinin sədri Şəxs məhkəmə iclasında bildirdi ki, xəsdə olduğu üçün Samux rayon Hacallı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 07 nömrəli qərarını inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim etməmiş, gecikdirmişdir. Bundan sonra qərarı inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edəcəkdir. Məhkəmədən aşağı həddə inzibati cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 24 iyul 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs bələdiyyə sədri olaraq Samux rayon Hacallı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 07 nömrəli qərarını inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim etməmişdir. Beləliklə, Şəxs İXM-in 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün ifadəsi və işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsulliyyəti yüngülləşdirən hal əməlini səmimi etiraf etməsidir. Şəxs əməlində məsulliyyəti ağırlaşdıran hallar aşkar etmədi. İXM-in 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati qaydada cərimə edilməsini məqsədə uyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Samux rayonu Hacallı bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-147/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-147/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver