Məhkəmə qərarları › İş №3(058)-149/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-149/2023

14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-149/2023 14.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs – Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Samux Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş material baxılması üçün 14 iyul 2023-cü il tarixdə Samux Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib olunmuş 13 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Samux rayonu Kolayır kəndində YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, həmçinin nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Samux rayonu Sərkar kəndində VAZ 2106 markalı, 25BH011 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman manevr etmə qaydalarını pozduğuna görə saxlanılmış, yoxlama zamanı avtomobilin konstruksiyasında dəyişiklik gözə çarpmış, aşkar olunmuş qayda pozuntusuna görə avtomobilin duracağa təqdim olunması sürücüyə izah edilmiş, lakin o, bundan əsəbləşərək ünvansız nalayiq ifadələr işlədərək ictimai əsayişi pozmuş, daha sonra isə onların təklifi ilə avtomobilə əyləşərək polis şöbəsinə getmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, polis əməkdaşlarının tələblərinə tabesizlik göstərməmişdir, onların təklifi ilə avtomobilə əyləşmiş və polis şöbəsinə getmişdir. Lakin əsəbi olduğu üçün uca səslə qeyri-etik ifadələr işlətmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin YPX-nin əməkdaşı X6 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Samux rayonu Kolayır kəndində xidmətdə olarkən Şəxs idarə etdiyi avtomobillə manevr etmə qaydalarını pozduğuna görə saxlanılmış, avtomobilin konstruksiyasında dəyişiklik gözə çarpdığı üçün duracağa təqdim olunması sürücüyə izah edilmiş, lakin o əsəbləşərək nalayiq ifadələr işlətmiş və ictimai əsayişi pozmuşdur. Daha sonra polis əməkdaşlarının təklifi ilə avtomobilə əyləşərək polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin YPX-nin inspektoru X1 Orxan Xasay oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 13 iyul 2023cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidlərin ifadələri ilə sübuta yetirilir. Lakin onun İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Şəxs heç bir əsas olmadan ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni ümumi qəbul edilmiş davranış qaydalarını pozan hərəkətlərə qəsdən və təqsirli olaraq yol vermişdir. Lakin sonra polis əməkdaşlarının qanuni tələbinə tabe olaraq avtomobilə əyləşmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdətutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 04 (dörd) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 13 iyul 2023-ci il saat 21:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar