Məhkəmə qərarları › İş №3(058)-150/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-150/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-150/2023 15.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistan respubilkasında doğulmuş, evli, orta təhsilli, işləməyən, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi Ford markalı **-CK-*** qeydiyyat nişanlı avtomobili ilə X3 məxsus Hunday markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq ona 871 mana t həcmində maddi zərər vurmuşdur. 14 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs X2 izahatında bildirdi ki, X6 xx.xx.2023-cü il tarixdə Samux rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində idarə etdiyi Hunday markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sərkar-Gəncə yolu ilə hərəkətdə olarkən həmin kənd sakini Şəxs idarə etdiyi Ford markalı **-CK-*** qeydiyyat nişanlı avtomobili ilə onun idarə etdiyi avtomobili iki dəfə qəsdən vuraraq ona 871 manat maddi ziyan vurduğunu bildirmişdir. Həmin fakt üzrə aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan material inzibati qaydada tədbir görülməsi üçün göndərilmişdir. Qeyd olunan inzibati xəta hadisəsi barədə 11 iyul 2023-cü il tarixdə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xətanın Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin izahatı və təqdim edilmiş materialla öz təsdiqini tapmışdır. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində idarə etdiyi Hunday markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sərkar-Gəncə yolu ilə hərəkətdə olarkən həmin kənd sakini Şəxs idarə etdiyi Ford markalı **-CK-*** qeydiyyat nişanlı avtomobili ilə onun idarə etdiyi avtomobili iki dəfə qəsdən vuraraq ona 871 manat maddi ziyan vurmuşdur. Onun barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Sərkar-Gəncə yolu ilə hərəkətdə olarkən ondan arxada avtomobillə hərəkətdə olan, Sərkar kənd sakini X6 ondan yol istəmiş, o da öz yoluna keçmiş, bu zaman Aytac Əsgərova qarşıdan avtomobil gəldiyi üçün ötmə əməliyyatını edə bilməmiş, daha sonra isə yenidən onu ötməyə cəhd edərək bu dəfə ötüb keçmiş və qarşıda dayanaraq ona qarşı nalayiq ifadələr işlətmişdir. Lakin o, qadın olduğu üçün ona fikir verməyərək oradan çıxıb getmiş, daha sonra ona Polis Şöbəsindən zəng gəlmişdir ki, Aytac Əsgərova ondan şikayət etmişdir. Halbuki o, Aytac Əsgərovaya məxsus maşını vurmamış, onun avtomobili Aytac Əsgərovanın idarə etdiyi avtomobilə toxunmuş olsa da bundan xəbəri olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən şahid qismində dəvət edilmiş və məhkəmə iclasında ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs Gəncə istiqamətində idarə etdiyi avtomobildə onun yanında olmuşdur. Aytac Əsgərova adlı qadın Q.Şərifova məxsus avtomobili ötüb keçərək qarşıda dayanmış və Ümidə qarşı nalayiq ifadələr işlətmişdir. O, Ümiddən qadına cavab verməməsini və yoluna davam etməsini xahiş etmiş, Ümid avtomobili sürərək oradan çıxıb getmişlər. Sözügedən hadisə saat 16:00 radələrində baş vermişdir. Şəxs avtomobilinin A.Əsgərovaya məxsus avtomobilə dəydiyini görməmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı X4 25 iyun 2023-cü il tarixli qərarından görünür ki, X1 ərizəsi üzrə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan materialın Samux Rayon Polis Şöbəsi İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, Hundai Elentra ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı 871 manat həcmində zərər dəymişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, özünün qismən etirafedici ifadəsi, Şəxs ifadəsi ilə onun tərəfindən məhkəmə iclasına şahid qismində dəvət olunmuş və məhkəmə iclasında ifadə vermiş şahid X5 ifadəsi arasında hadisənin baş vermə saatına dair ziddiyyətin olması halı və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi Şəxs hərəkətləri Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri ilə üst-üstə düşür. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün vurulmuş zərərin bir misli miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 871 (səkkiz yüz yetmiş bir) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar