Məhkəmə qərarları › İş №3(058)-151/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-151/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-151/2024 29.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Samux rayon Polis Şöbəsinin yol patrul xidmətinin inspektoru polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, Təbriz küçəsi 12-ci döngə, ev 12-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Samux rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, müəyyən etdi: Samux rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilərək, baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs “VAZ” 21074 minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu, Aznixi qəsəbəsində idarə edərkən təhlükəsizlik kəmərində istifadə etmədiyi üçün yol patrul əməkdaşları tərəfindən saxlanılmış bu zaman onun avtomobili alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmişdir. Onun törətdiyi əməldə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi olduğundan barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Samux rayon yol patrul xidmətinin inspektoru polis serjantı X3 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə “VAZ” 21074 minik markalı **-EH- *** dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu, Aznixi qəsəbəsində idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, bu zaman ondan alkoqolun qoxusu gəldiyi üçün xüsusi texniki vasitə ilə alkoqollu olub-olmaması yoxlanılmış və onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Sürücüyə həkim müayinəsindən keçirilməsi təklif olunsa da, Şəxs bundan imtna etmişdir. Ona görə də Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmədən protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Gəncə şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində özünə məxsus “VAZ” 21074 minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu, Aznixi qəsəbəsində idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol patrul əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt ondan alkoqolun qoxusu gəldiyi üçün xüsusi texniki vasitə ilə alkoqollu olub-olmaması yoxlanılmış və onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Ona həkim müayinəsindən keçirilməsi təklif olunsa da, o bundan imtina etmişdir. Ona görə də onun barəsində müvafiq protokol tərtib edilmişdir. Sonradan o, saat 14:00-da özü həkim müyanəsindən keçmiş və onun ayıq olduğu müəyyən olunmuşdur. Barəsində tərtib edilmiş protokolla razı deyil, ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xüsusi texniki vasitənin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Şəxs saat 08:35-də sərxoşluq müayinəsindən keçmiş və onda alkoqolun konsentrasiyasının 0,458 promilli olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş video görüntüdən görünür ki, Şəxs alkoqollu olub-olmamasının müəyyən edilməsi üçün o, xüsusi texniki vasitə ilə müayinədən keçirilir və onda alkoqolun konsentrasiyasının 0,458 promilli olduğu müəyyən edilir. Şəxs tibbi müayinədən keçməyə ehtiyac olub-olmadığı soruşulur və o, tibbi müayinədən keçirilməsinə zərurət olmadığını bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə “VAZ” 21074 minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu hal iş materiallarında olan inzibati xəta haqqında protokol, məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən təqdim edilmiş video görünütü ilə öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal aşkar edilməmiş, Şəxs sərxoş vəziyyətdə inzibati xətanı törətməsi İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Samux rayon Polis Şöbəsinin yol patrul xidmətinin inspektoru polis serjantı X3 tərəfindən Şəxs əməli İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXMnin 329.1-ci maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Buna görə də inzibati xəta haqqında protokol həmin hissədə müvafiq tədbirlər görülməsi üçün daxili işlər orqanına qaytarılmalıdır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: xx xxxxxx 1995-ci ildə Gəncə şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Samux rayon Polis Şöbəsinə göndərilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar