Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-154/2023 01.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X15 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Prokurorluğunun nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1987-ci il tarixdə Samux rayon, Alıuşağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Samux rayonu, Alıuşağı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Samux rayonu Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrindən xx.xx.2023-cü il tarixdə saat 01 radələrinədək olan müddət ərzində Samux rayonu, Alıuşağı kənd ərazisində yerləşən Şəxs icarə əsasında işlətdiyi çayxanada X6, X4, X7, X8 və X9 ilə birlikdə oyun kartları vasitəsilə pul vasitələri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyununda iştirak edərək qumar oynamışdır. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar və ona əlavə olunmuş müvafiq sənədlər aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Samux rayon Prokurorluğunun nümayəndəsi X11 bildirdi ki, Şəxs Cümalı oğlu xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrindən xx.xx.2023-cü il tarixdə saat 01 radələrinədək olan müddət ərzində Samux rayonu, Alıuşağı kənd ərazisində yerləşən özü icarə əsasında işlətdiyi çayxanada X6, X4, X7, X8 və X9 ilə birlikdə qumar oynamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Samux rayonu, Alıuşağı kəndində kəndində yaşayır. O, Samux rayonu, Alıuşağı kənd ərazisində icarə əsasında çayxana işlədir. xx.xx.2023-cü il tarixdə X6, X4, X7, X8 və X9 onun işlətdiyi çayxanaya gəlmişlər. Həmin vaxt onlar qumar-kart oynamışlar. X6, X4, X7, X8 və X2 oynadıqdan sonra udduqları pula ondan pivə alıb içmişlər. O, özü qumar oynamamış, qumar oynayanlar qumar oynamaq qarşılığında pul almamışdır. Məhkəmədən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Samux rayon Prokurorluğunun nümayəndəsinin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Samux rayon Polis şöbəsinin TQ-nun baş təhqiqatçısı, polis mayoru X1 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qarardan görünür ki, X6, X4, X7, X8 və X9 Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyindən həmin şəxslərin hər birinin barəsində ayrılıqda həmin maddədə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Samux rayon Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Maddi subutlar 2 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinasları və 36 ədəd oyun kartları müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-154/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-154/2023
01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver