Məhkəmə qərarları › İş №3(058)-154/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-154/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-154/2024 12.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X17 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləyən, Samux rayonu, yeni Nəbiağalı qəsəbəsində qeydiyyatda olan və Samux rayonu, yeni Nəbiağalı qəsəbəsində yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Samux rayon icra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 12 avqust 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında material məhkəməyə daxil olmuşdur. Samux Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(058)-328/2023 nömrəli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2013-cü il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq, tələbkar X3 xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X14 bildirdi ki, Samux Rayon Məhkəməsinin icra sənədinə əsasən aliment tələbi ilə bağlı Şəxs tələbkar X6 3740 manat borcu yaranmışdır. Borclu borcunu ödəməkdən yayınır, sonuncu ödənişi 17 oktyabr 2023cü il tarixdə etmişdir. İki azyaşlı uşaqlar atanın himayəsindədir. Borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 2023-cü il sentyabr ayından uşaqlar onun yanında qalır, o, anası ilə birlikdıə uşaqlara baxır. Tələbkar uşaqları ilə maraqlanmır. Məhkəmədən barəsində başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X9 bildirdi ki, xx.xx.2023-cü ildə Şəxs uşaqları ondan almışdır. Uşaqlara Şəxs baxır və 2023-cü ilin sentyabr ayından uşaqlar borclunun yanında qaldığından borclu aliment borcunu ödəməkdən yayınır. Məhkəmədən borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X11 bildirdi ki, Samux Rayon Məhkəməsinin icra sənədinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə borclu Şəxs 170 manat sabit pul məbləğində aliment alınaraq, tələbkara verilməsi nəzərdə tutulmuşdur. Aliment uşaqların saxlanılması üçün nəzərdə tutulduğundan və uşaqlar xx.xx.2023-cü il tarixdən atanın yanında qaldığında tələbkara aliment ödənişi olunmur. Uşaqların yaşaması üçün bütün tələbatlar ödənilir. Borclu Şəxs barəsində tərtib edilmiş inzibati protokol əsassızdır. Məhkəmədən borclunun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib, icra işinin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin 31 mart 2023cü il tarixli 2(058)-328/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq, iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 2(058)-82/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə doğulmuş X12 və xx.xx.2017-ci il tarixdə doğulmuş X13 ataları Şəxs alınaraq, anaları X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Samux rayon İcra Hakimiyyəti başçısının Samux şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli 1192 nömrəli arayışdan görünür ki, Samux şəhəri sakini Şəxs qızları X12 və X13 2023-cü ilin sentyabr ayından Şəxs ilə birgə yaşayırlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən regional təhsil idarəsi tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli 31 nömrəli məktubdan görünür ki, Samux şəhəri S.Əliyev adına 2 nömrəli tam orta məktəbin İİ b sinif şagirdi X13 və Vİ a sinif şagirdi X12 2023-2024-cü tədris ilində (xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək) valideyini Şəxs tərəfindən məktəbə gətirilmiş və evə aparılmışdır. Bu müddət ərzində dərslərinə atası tərəfindən nəzarət edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətlərin etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tələblərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəməyə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini məhz üzürsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İşin faktiki hallarından, borclunun və onun müdafiəçisinin məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, Şəxs Samux Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(058)-328/2023 nömrəli icra sənədini qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Məhkəmə araşdırma zamanı uşaqların atanın yanında qalması faktı sübuta yetirilmişidir. İcra sənədi üzrə aliment ödənişi uşaqlar atanın yanında qalanadək - 2023-cü ilin sentyabr ayınadək ödənilmişdir. Borclunun 3740 manat məbləğində aliment borcu uşaqlar atanın yanında qaldığı müddətdə hesablanmışdır. 2023-cü il tarixdən uşaqlar atanın yanında qaldığından və ata uşaqlara baxdığından 3740 manat məbləğində aliment ödənilməsi dayandırılmışdır. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İş materiallarından və inzibati icraatın iştirakçılarının məhkəmədə verdiyi izahatlarından müəyyən edilir ki, Samux Rayon Məhkəməsinin icra sənədi icraya yönəldikdən sonra Şəxs icra sənədinin icrasını qismən təmin etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, icra sənədinin icra edilməməsinə səbəb uşaqların atanın yanında qalması olmuşdur. Hazırkı vəziyyətdə atanın inzibati məsuliyyətə cəlb edilməsi uşaqların mənafeyinə zərbə vura bilər, belə ki, uşaqlar atanın yanında qalmaqla, uşaqların bütün təminatı ata tərəfindən qarşılanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olunması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmədə Şəxs əməlini səmimi etiraf etməsi məsuliyyəti yüngülləşdirən haldır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci madəssində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar