Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-157/2024 09.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, "xxxx" ASC-nin direktoru Həsənov Hicran Mehdi oğlunun iştirakı ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 avqust 2024-cü il tarixli EP ******* nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2024-cü il il tarixli, 6-1-26/2- 3581/2024 nömrəli məkltubu ilə tələb edilən (cəmiyyətin fəaliyyəti dövründə yaranmış xalis mənfəətdən səhmdar Kamil Qurbanova dividend hesablanmasına, hesablanmışdırsa səhmdara hesablanmış dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi səxsin hüquqi ünvanında 01 avqust 2024-cü il tarixdə törədildiynə görə barəsində İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 avqust 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin direktoru Həsənov Hicran Mehdi oğlu bildirdi ki, rəhbəri olduğu "xxxx" ASC Samux şəhərində yerləşir. Mərkəzi Bankın xx.xx.2024-cü il il tarixli, 6-1-26/2-3581/2024 nömrəli məkltubu ilə tələb edilən dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənədi göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Protokolla razıdır, əməlindən peşmandır qanunla nəzərdə tutulmuş minumum həddə cərimə edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 06 avqust 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2024-cü il il tarixli, 6-1-26/2-3581/2024 nömrəli məktubu ilə tələb edilən (cəmiyyətin fəaliyyəti dövründə yaranmış xalis mənfəətdən səhmdar Kamil Qurbanova dividend hesabmasına, hesablanmışdırsa səhmdar hesablanmış dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il il tarixli, 6-1-26/2- 3581/2024 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş məktubdan görünür ki, cəmiyyətin fəaliyyəti dövründə yaranmış xalis mənfəətdən səhmdar Kamil Qurbanova dividend hesablanıbhesablanmamasına, hesablanmışdırsa səhmdar hesablanmış dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd 7 iş günü ərzində Mərkəzi Banka təqdim etməsi xahiş olunmuşdur. Məhkəmə iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlər və işin digər halları ilə tam sübuta yetirilmişdir. İXM-in 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş həddə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 45-48, 114-116, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-157/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-157/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver