Məhkəmə qərarları › İş №3(058)-160/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-160/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-160/2025 14.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Samux Rayon Prokurorluğunun nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Samux rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Samux rayonu, Lək kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Prokurorluğu tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına baxılması üçün məhkəməyə göndərilmişdir. Qərarda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Samux şəhəri, H.Əliyev prospektində yerləşən H.Əliyev adına parkın giriş hissəsində Samux rayon icra Hakimiyyəti Başçısının birinci müavini X2 yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan onunla mübahisə etmiş və mübahisə zamanı əlində saxladığı çəliklə qəsdən Samux rayon İcra Hakimiyyətinə məsxsus “Haval” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinə vuraraq sındırmış, bununla da, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 232-1 -ci maddəsi ilə nəzərdə tutulmuş əmlakı qəsdən məhv etmə və ya zədələmə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Samux Rayon Prokurorluğunun nümayəndəsi X3 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin gün yəni xx.xx.2024cü il tarixdə Samux rayon icra Hakimiyyəti Başçısının birinci müavini X2 yaxınlaşaraq onunla mübahisə etmiş və Samux Rayon İcra Hakimiyyətinə məxsus xidməti avtomobilə əl əsası ilə vuraraq ön pəncərəsini sındırmışdır. Onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hadisə baş verən zaman əsəbi olub, hazırda əməlindən peşmandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatına başlanması haqqında qərarından görünür ki, Şəxs (FİN: xxxxxxx) xx-xx-2000 il tarixində Azərbaycanda doğulmuş, Azərbaycan, Subay, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 52 qeydiyyatda olan və Samux rayon Lək kəndində yaşayan (+**********06) barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokolun surətindən görünür ki, qara rəngli “Haval” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsi sındırılmışdır. 10 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən ittiham edilməsi qərarı alınmışdır. Samux Rayon İcra Hakimiyyətinin 25 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Samxu Rayon İcra Hakimiyyətinə məxsus olan **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı Haval markalı H6 HEV MİNİK modelli xidməti avtomobilə 09 oktyabr 2024-cü rayonu Lək kəndində yaşayan Şəxs tərəfindən 350 (üç yüz əlili manat) məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və özünün etirafedici ifadəsi və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi Şəxs hərəkətləri Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri ilə üst-üstə düşür. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün vurulmuş zərərin bir misli miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 350 (üç yüz əlii) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar