Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-162/2024 19.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən Samux rayonu, Seyidlər kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 17 avqust 2024-cü il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı üçün onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis şöbəsinin İTB-in sahə rəisi polis leytenantı X6 inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 17 avqust 2024-cü il tarixdə tanışları Əli və Xəlil ilə birlikdə Gəncə şəhərində kafedə yemək yeyən zaman spritli içki qəbul etmişdir. Sonradan onlar Əliyə məxsus “VAZ” 2107 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayon, Qarayeri qəsəbəsinə gələn zaman polis əməkdaşları Əliyə məxsus avtomobili saxlamışlar. Bu zaman Xəlil polis əməkdaşları ilə mübahisə etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkələrini davam etdirmişdir. Sonra onlar Samux rayon polis şöbəsinə dəvət edilərək barələrində protokol tərtib edilmişdir. O, heç bir inzibati xəta törətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin post-patrul xidmət bölüyü polis nəfəri X7 bildirdi ki, 17 avqust 2024-cü il tarixdə Samux rayon Qarayeri qəsəbəsində xidmətdə olan zaman “VAZ” 2107 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onlarda şübhə yaratdığından həmin avtomobili saxlamışlar, bu zaman avtomobildə olan sərnişin X5 heç bir əsas olmadan sərxoş olduğu üçün onlarla mübahisə etmişdir. Onlar polis əməkdaşları ilə mübahisə etmiş, sürücü Şəxs isə onlara qarşı hec bir tabesizlik və müqavimət göstərməmişdir. X1 onların qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 eyni məzmunlu izahat verərək, X3 izahatında göstərmiş olduğu xüsusatları təsdiq edərək, əlavə olaraq bildirdi ki, Şəxs polis əməkdaşlarına qarşı hər hansı bir tabesizliyi və müqaviməti olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri, şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanmış icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 17 avqust 2024-cü il tarixli, 691 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 avqust 2024-cü il tarixdə saat 09:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 17 avqust 2024-cü il tarixli, 2887 nömrəli tibbi müayinə protokoldan görünür ki, Şəxs alkoqol-sərxoşluq müayinəsindən imtina etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər X4 və X3 ifadələri ilə təsdiq olundu ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs polis əməkdaşlarına qarşı hər hansı bir tabesizliyi və müqaviməti olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-162/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-162/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver