Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-164/2024 02.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, X1, Samux rayon X9 X11 inpektoru polis serjantı X4 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X9 X11 19 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X9 X11 19 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 avqust 2024-cü il tarixdə işdən çıxıb evə gedən zaman Samux rayon Polis şöbəsinin yol patrul xidmətinin inspektoru X7 onun idarə etdiyi “QAZ” 3302-18 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verərək saxlamışdır. O, idarə etdiyi avtomobili saxlamış, yerə düşərək yol patrul xidməti əməkdaşından hansı səbəbdən onun avtomobilini saxlatdığını soruşmuş və bildirmişdir ki, heç bir yol hərəkəti qaydalarını pozmamış, heç bir inzibati xəta törətməmişdir. Bu zaman yol patrul xidmətinin inspektoru X7 ona bildirmişdir ki, avtomobilin ön hissəsinə əlavə işıqlar quraşdırılmış və avtomobili işə salma mexanizmi “Star stop” qanunsuz quraşdırılmışdır. O, buna etiraz edərək avtomobildə heç bir əlavə avadanlığın quraşdırılmadığını bildirmişdir. Buna baxmayaraq inspektor Çingiz Rüstəmli ona məxsus avtomobili duracağa yerləşdirmiş və barəsində müvafiq protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 bildirdi ki, Gəncə şəhərində yaşayır. 08 avqust 2024-cü il tarixdə işdən çıxıb evə gedən zaman Samux rayon Polis şöbəsinin yol patrul xidmətinin inspektoru X2 işarəsi verərək onun idarə etdiyi avtomobili saxlamışdır. O, idarə etdiyi avtomobili saxlamış, yerə düşərək yol patrul xidməti əməkdaşından hansı səbəbdən onun avtomilini saxlatdıqını soruşmuş və bildirmişdir ki, heç bir yol hərəkəti qaydalarını pozmamış, heç bir inzibati xəta törətməmişdir. Bu zaman yol patrul xidmətinin inspektoru X7 ona bildirmişdir ki, avtomobilin ön hissəsinə əlavə işıqlar quraşdırılmış və avtomobili işə salma mexanizmi “Star stop” qanunsuz quraşdırılmışdır. O, buna etiraz edərək avtomobildə heç bir əlavə avadanlığın quraşdırılmadığını bildirmişdir. Buna baxmayaraq inspektor Çingiz Rüstəmli ona məxsus avtomobili duracağa yerləşdirmiş və barəsində müvafiq protokol tərtib etmişdir. O, əlavə olaraq bildirmişdir ki, avtomobilin mühərrikini dəyişdirmiş, həmin mühərrik “Star stopla” işə salınır və bu barədə avtomobilin texniki pasportunda Baş dövlət yol polisi tərəfindən müvafiq qeydlər aparılmışdır. O, hesab edir ki, barəsində tərtib edilmiş protokol əsassız və qərəzlidir ona görə də 19 avqust 2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsi dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Samux rayon X9 X11 inpektoru polis serjantı X7 bildirdi ki, 08 avqust 2024-cü il tarixdə X5 məxsus “QAZ” 3302-18 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili saxla işarəsi verərək saxlatmışdır. Bu zaman həmin avtomobilin üzərində əlavə işıqların və “QAZ” 3302-18 markalı avtomobilə xas olmayan “Star-stop” avadanlığının qanunsuz quraşdırılması aşkar edilmişdir, bundan əlavə avtomobilin mühərriki dəyişdirilmişdir. Bu səbəbdən də X5 məxsus “QAZ” 3302-18 yük markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmiş və barəsində müvafiq protokol tərtib edilmişdir. Son zamanlar avtomobillərə qanunsuz quraşdırılmış “Star-stop” avadanlıqlarının yanğın hadisəsinə səbəb olması halları müşahidə olunur. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında elan edilmiş, X3 barəsində tərtib edilmiş 19 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə “Avtomotoservis və ticarət” müəssisəsində (VÖEN-**********) Mühəndis-məsləhətçi işləyən ixtisasca mühəndis mexanik Quliyev E.Q tərəfindən tərtib edilmiş rəydən görünür ki, Samux rayon X9 yol polis bölməsinin 09 avqust 2024-cü il tarixli şifahi müraciəti əsasında “QAZ” 3302-18 yük markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin işə salınma mexanizmə müdaxilə olunmuş, zavod istehsalı olan zamok çıxarılıb yerinə “Starstop” işə salma mexanizmi quraşdırılmışdır. Bu isə qısa qapanma törədicisidir. Vetrokun üzərinə quraşdırılmış işıqlar qarşıdan gələn avtomobil üçün fikir yayındırır və təhlükə törədicisidir. Konstrukor-Layihələndirilməsindən kənar müdaxilə konstruksiya pozuntusu hesab olunur və bu kimi hallar yalnız Azərbaycan Respublikası DİN-nin Respublika Baş Dövlət Yol Polis İdarəsinin xüsusi razılığı ilə tənzimlənir və müvafiq regional RİQŞ və TB şöbəsindən qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə minir. Razılığı alınmamış hər hansı bir müdaxilə yolverilməzdir və konstruksiya pozuntusu kimi dəyərləndirilir. Arxa bortun üzərinə artırma quraşdırılmış göstərilən dəyişiklər qayda pozuntusu kimi dəyərləndirilir, konstruksiyaya müdaxilədir və RQİŞ-də qeydiyyata salınmayıb və texniki pasportda qeyd olunmadığı üçün konstruksiya pozuntusu sayılır. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə də, X3 barəsində tərtib edilmiş 19 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X9 X11 19 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X9 X11 19 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X9 X11 19 avqust 2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-164/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-164/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver