Məhkəmə qərarları › İş №3(058)-166/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-166/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-166/2024 20.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Samux rayonu, Kolayır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən Samux rayonu, Kolayır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 19 avqust 2024-cü il tarixdə axşam saatlarında Samux rayonunun mərkəzində yerləşən istirahət parkında ictimai qaydanı pozmuş və bu barədə intizamsızlığa son qoymağı tələb edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirərək, Samux rayonunun mərkəzində yerləşən istirahət parkında ictimai qaydanı açıq şəkildə pozmağa davam etmişdir. Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X3 inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 19 avqust 2024-cü il tarixdə saat təxminən 22:30 radələrində Samux rayonunun mərkəzində yerləşən istirahət parkında dostu Mehdiyev Eltun ilə birlikdə parkda gəzərkən bir-biriləri ilə zarafatlaşmışlar. Əllərində olan çubuq parçası ilə birbirilərini vuran zaman parkda xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq onları nizam intizama dəvət etmişlər. Bu zaman o, polis əməkdaşları ilə mübahisə etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkələrini davam etdirmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin postpatrul xidmət bölüyü polis nəfəri X5 bildirdi ki, 19 avqust 2024-cü il tarixdə Samux rayonunun mərkəzində yerləşən istirahət parkında xidmətdə olan zaman adını soradan bildiyi Şəxs və digərləri uca səslə bir-biriləri ilə zarafat edərək, parkda istirahət edən digər vətəndaşları narahat etmişlər. Bu zaman onlar həmin səxlərə yaxınlaşaraq onları nizam intizama dəvət etmiş, lakin Şəxs onların qanuni tələbinə qəsdən tabe olmamışlar. Sonradan həmin şəxslər Samux rayon polis şöbəsinə dəvət edilmişlər və barələrində müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 eyni məzmunlu izahat verərək, X2 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş 19 avqsut 2024-cü il tarixli, 701 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 avqust 2024-cü il tarixdə saat 23:10-da inzibati qaydada tutulmuşdur. Şəxs ictimai yerdə polis əməkdaşının haqlı iradına baxmayaraq əsassız mübahisə yaratması və bu zaman ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, özünün etiraf edici ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddsi ilə nəzərdə tutulmuş inzibati xətanın baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də X4 İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə ona İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, habelə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə zalından həbsdən azad edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar