Məhkəmə qərarları › İş №3(058)-168/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-168/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-168/2023 03.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Samux rayonu Çobanabdallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Samux rayon Çobanabdallı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux Rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 31 iyul 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Samux Rayon Məkəməsinin 06 iyul 2022-ci il tarixli 2(058)-568/2022 nömrəli icra sənədinə əsasən olan Şəxs 5217 (beş min iki yüz on yeddi) manat pul, iddia ərizəsinin tərtib edilməsinə görə 50 (əlli) manat və 100 (yüz) manat ödənilmiş dövlət rüsumu alınara,q X3 xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sədədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-568/2022 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 5217 manat məbləğində pul vəsaiti və 150 manat dövlət rüsumu alınaraq tələbkar X3 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icrata qəbul edildikdən sonra könüllü olaraq icra sənədinə göstərilmiş məbləğin ödənilməsi barədə müvafiq qaydada borclu Şəxs bildiriş göndərilmişdir. Nəticə olaraq borclu tələbkara olan borcunu ödəməmişdir. Lakin ona borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıqlar edilməsinə baxmayaraq bu günə kimi borcunu qərəzli olaraq tam şəkildə ödəməkdən boyun qaçırır, dəfələrlə xx.xx.2022-ci il, xx.xx.2023-cü və xx.xx.2023-cü il izahatları alınmış o, öz izahatında icra sənədindən xəbərdar olduğunu borcu ödəməkdən boyun qaçırmadığını bildirmiş, borcluya İXM-nin 528-ci və CM-nin 306-cı maddələri izah olunaraq borcu ödəmədiyi halda müvafiq qaydada tədbirlər görüləcəyinə etiraz etmədiyini bildirmiş, borclunun gəlir və ya əmlakının müəyyən edilməsi barədə müvafiq orqanlara sorğular verilmiş və məlum olmuşdur ki, borclu "xxxx" MMC-də işləyir və 340 manat əmək haqqı alır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə qanunvericiliyin tələbinə uyğun olaraq 50 faiz borclunun əmək haqqına yönəldilmişdir. Bundan sonra Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-568/2022 nömrəli icra sənədinə icrası ilə əlaqədar olaraq borclunun qeydiyyatda olduğu və yaşadığı ünvana baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. İcra sənədi üzrə tələbkar X5 xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu Şəxs ona olan borcundan 836 manat ödədiyini, icra sənədi üzrə qalıq 4531 manat borcun alınması üçün borclu barəsində məcburi icra tələblərinin görülməsini xahiş etmişdir. Bundan əlavə borclunun əmlakı hesabına tələbin ödənilməsi üçün müvafiq dövlət orqanlarına sorğular verilmiş, borclunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə prosesində borclu 300 manat borcundan ödəniş etdi. Borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, tələbkara olan borcundan 300 manat icra məmuruna məhkəmə prosesndə ödəmiş, yerdə qalan məbləğdən 10 gün müddətinə 200 manat ödəyəcəyini, qalan borcunu isə ödəcəyini bildirdi. O, əvvəllər "xxxx" MMC-də mühafizədə işləmiş yaranmış borcuna görə hər ay əmək haqqından tutulmalar aparılmış, hazırda işləmədiyi üçün tələbkara olan borcunu tam ödəyə bilmir yerdə qalan məbləği ödəcəyinə şöz verir. Məhkəmədən onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib, icra işinin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış İnzibati xəta haqqında icraata başlanan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə borclu Şəxs Fərəməz oğlu borcundan tələbkar X4 300 manat məbləğində ödəniş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətlərin etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tələblərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəməyə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini məhz üzürsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İşin faktiki hallarından və borclunun məhkəmə iclasında verdiyi izahatdan görünür ki, Şəxs Samux Rayon Məkəməsinin 06 iyul 2022-ci il tarixli 2(058)-568/2022 nömrəli icra sənədini qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Çünki borclu "xxxx" MMC-də mühafizədə işlədiyi vaxt hər ay borcundan ödəniş etmişdir. Borclu işsiz olduğu müddətdə isə imkanı dairəsində hissə-hissə borcundan ödənişləri etmişdir. Hazırda o, borcundan 300 manat ödəniş etmişdir. Barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün “icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi” halı mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olunması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmədə Şəxs əməlini səmimi etiraf etməsi məsuliyyəti yüngülləşdirən haldır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci madəssində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar