Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-169/2024 17.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ETSN-nin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi X7 inzibati xəta haqqında protokolda göstərmişdir ki, 21 may 2024-cü il tarixdə ərizəçi X11 tərəfindən əkin sahələri ilə həm sərhəd torpaq sahəsində texniki vasitələrlə 04 ədəd qaratikan kolunun köküstə yaş halda çıxarılması, məhv edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokoldan onun xəbəri olmamış və imza etməmiş, tərtib edilmiş protokol qeyri-qanuni və əsassız hesab edir. Samux rayon X4 xx.xx.1997-ci il tarixli 18 nömrəli qərarı ilə mərhum atası X9 cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.72 hektar sahəsi verilmişdir. Həmin tarixdən 0.72 hektar xüsusi mülkiyyətdə olan torpaq sahəsinin təyinatı üzrə istifadə edirlər. Həmin sahədə taxıl və yonca bitkiləri əkirlər və vaxtaşırı torpaq sahəsini kol-kosdan texniki vasitələrlə təmizləyirlər. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarda göstərilən hərəkəti, yəni əkin sahələri ilə həm sərhəd torpaq sahəsində texniki vasitə ilə 04 ədəd qaratikan köküstə yaş halda kökündən çıxaraq məhv etmişdir. Belə ki o, becərmə işlərini xüsusi mülkiyyətində olan 0.72 hektar torpaq sahəsinin gizgi ölçülərinin hüdudları daxilində aparmışdır. O, heç bir vaxt xüsusi mülkiyyətində olan əkin yerindən kənara çıxıb qaratikan kolu məhv etməmişdir. Qərarda kol məhv edilən qaratikan kolunun koordinatları göstərilməmişdir. O, heç bir vaxt xüsusi mülkiyyətdə olan əkin sahəsi ilə həmsərhəd torpaq sahəsində heç bir iş görməmiş, yazılan qərar qərəzlidir və əsassızıdr. Protokolu və qərarı aralarında olan mübahisəyə görə qərəzli şəkildə yazılmışdır. Müfəttiş ona bildirmişdir ki, onların icazəsi olmadan əkin sahəsindən istifadə edə bilməz. Hesab edir ki, onun barəsində 05 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, belə ki o, İnzibati Xətalar Məcəlləsinin 253.2 maddəsində nəzərdə tutulmuş əməli törətməmişdir. X2 məhkəmə iclasında bildirdi ki, Samux rayonu, Seyidlər kəndində mərhum atası X8 adına olan pay torpaq sahəsində şumlama işləri aparan zaman 4 ədəd qara tikan kolu məhv edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası ETSN-nin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin müfəttişi X7 21 may 2024-cü il tarixdə barəsində protokol tərtib etmişdir. Həmin protokol əsasında onun barəsində 05 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 2000 manat məbləğində cərimə edilmişdir. O, hesab edir ki, barəsində qəbul edilmiş qərar qərəzlidir belə ki, pay torpağı onun mərhum atasına məxsus olmuş və həmin kolların məhv edilməsinə görə o heç bir inzibati xəta törətməmişdir. Məhkəmədən 05 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 bildirdi ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətci-müfəttiş vəzifəsində işləyir. Samux rayonu, Seyidlər kəndinin bir qrup sakini X5 Azərbaycan Respublikası ETSN-nə və digər dövlət qurumlarına ərizə ilə müraciət edərək, Rəşad Əsədov tərəfindən əkin sahələrində yaşıl ağacların məhv edilməsi barədə məlumat bildirmişlər. Bundan əlavə Samux rayonu, Seyidlər kənd sakini Barı adlı şəxs telefon vasitəsi ilə məlumat verərək, Rəşad Əsədov tərəfindən örüş sahələrində olan ağacların məhv edilməsi barədə məlumat vermişdir. Həmin ərizə və məlumatlar əsasında göstərilən pay torpaq sahələrində monitorinq aparılmış və müəyyən edilmişdir ki, Rəşad Əsədov tərəfindən mərhum atası X8 adına olan pay torpaq sahəsində 4 ədəd qara tikan kolu kök üstə yaş halda çıxarıb məhv edilmişdir. X13 rayonu, Qarayeri qəsəbəsində aralarında görüş olmuş və Rəşad Əsədov törətdiyi inzibati xətanı etiraf edərək, həmin qara tikan kollarının ondan şikayət edən şəxslərin acığına məhv etməsini bildirmişdir. 21 may 2024-cü il tarixdə barəsində protokol tərtib etmişdir. Həmin protokol əsasında da 05 iyun 2024-cü il tarixdə, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, Rəşad Əsədov 2000 manat məbləğində cərimə edilmişdir. Məhkəmədən 05 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, qərara əlavə edilmiş fotoşəkilləri nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 23 may 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X11 tərəfindən 21 may 2024-cü il tarixdə Samux rayonu, Seyidlər kəndindəki əkin sahəsi ilə həmsərhəd torpaq sahəsində texniki vasitəsilə 04 ədəd qaratikan kolu köküstə yaş halda kökündən çıxarılaraq məhv edilmişdir. İş materiallarına əlavə edilmiş 23 may 2024-cü il tarixli 84937 saylı akta əlavə hesabatdan görünür ki, Samux rayonu, Seyidlər kəndi ərazisində yaşıllıqların mühafizəsi sahəsində qanun vericiliyin tələbləri pozulmaqla, qanunsuz olaraq kökünən çıxarılaraq məhv edilmiş 4 ədəd qaratikan koluna görə təbiətə dəymiş ziyanın ümumi məbləği hər bir kolun qiyməti 80 manat olmaqla, cəmi 320 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 23 may 2024-cü il tarixli, 84937 nömrəli aktdan görünür ki, X11 tərəfindən 21 may 2024-cü il tarixdə Samux rayonu, Seyidlər kəndindəki əkin sahəsi ilə həmsərhəd torpaq sahəsində texniki vasitəsilə 04 ədəd qaratikan kolu köküstə yaş halda kökündən çıxarılaraq məhv edilmişdir, həmin akt 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi X7, baş mütəxxəsis Xəqani Əsgərov, aparıcı mütəxxəsis İlham Həsənov və hal şahidi olan Bari Vəliyev tərəfindən imzalanmışdır. Məhkəmə iclasında elan edilmiş, X6 barəsində tərtib edilmiş 05 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X6 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası Yaşıllıqların Mühafizəsi haqqında qanunun 13-cü maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 13.8. Yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Yaşıllıqların Mühafizəsi haqqında qanunun 19-cü maddəsinə əsasən Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini: 19.1. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir: 19.2.2. Yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması və həmin xətanı törətməkdə X6 təqsiri təsdiq olunur. Beləliklə də, X6 barəsində tərtib edilmiş 05 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-169/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-169/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver